Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

COVID-19-un müalicəsində əhəmiyyətli olan oksigen generatoru işə salınıb - Tədris Terapevtik Klinikasında

Tarix 11.07.20, 11:16

Font ölçüsü : - / +
bitmap-img6


Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb.

Azərbaycan Tibb Universitetindən (ATU) APA-ya verilən məlumata görə, bu qurğu COVİD-19 xəstələrinin müalicəsi üçün çox əhəmiyyətlidir. ATU-nun Tədris Terapevtik Klinikasında oksigen generatorunun quraşdırılması başa çatıb və bu gün işə salınaraq klinikada yatan xəstələri keyfiyyətli və fasiləsiz oksigenlə təmin etməyə başlayıb.

Generatorun işə salınma prosesini Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də izləyib. Rektor bu qurğunun pandemiya dövründə xüsusilə önəmli olduğunu qeyd edib.

Generatorun iş prinsipi ilə yaxından tanış olan rektor tikinti-quraşdırma işlərinin də sürətlə və yüksək keyfiyyətlə həyata keçirildiyini vurğuladı.

Klinikanın direktoru, professor Surxay Musayev generatorunun iş prinsipi haqqında məlumat verib: “Klinikamız üçün ayrılmış “EKOMAK” və “MEDİSAM” generatorları saatda 35 kub metr oksigen istehsal etmək imkanına malikdir. Generator indiki pandemiya dövründə klinikanın keyfiyyətli oksigenə tələbatını tam ödəyir. COVİD-19-a yoluxmuş xəstələr əsasən ağciyər patologiyalarına düçar olduğu və ağciyərlər zədələndiyi üçün bu xəstələrin oksigen təminatına ciddi ehtiyac olur. Bunun üçün bir gün ərzində klinikaya 100-150 oksigen balonu gətirilirdi və xəstələrin oksigen təchizatı təmin edilirdi. Oksigen balonlarının bir qismi Sumqayıt, bir qismi isə Bakıda olan müəssisələrdən alınırdı. Bəzən fasilələrin yaranma təhlükəsi olurdu ki, bu da böyük çətinliklər yaradırdı. İndi isə generatorun quraşdırılmasından sonra klinika oksigenə olan tələbatını ən keyfiyyətli oksigenlə tam təmin edəcək. Klinikanın oksigen generatoru ilə təchiz edilməsi bizim və kollektivin çoxdankı arzusu olsa da, müəyyən maliyyə çətinliklərinə görə mümkün olmurdu. Bu gün isə belə bir yüksək istehsal gücünə malik oksigen generatoru klinikamızın istifadəsinə verildi. Səhiyyəyə göstərilən böyük qayğıya yaradılan bu şəraitə və dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

Sonda oksigen generatorunun klinika üçün çox vacib olduğunu bir daha vurğulayan ATU rektoru, professor Gəray Gəraybəyli klinikada olan xəstələrin vəziyyəti, onların dərman təminatı, klinikanın ləvazimat təchizatı ilə maraqlanıb və klinikada yatan xəstələrə möhkəm can sağlığı, çalışan tibb işçilərinə də işlərində uğurlar arzulayıb.



Xəbərin oxunma sayı : 1288




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap