Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

DÇ-2022: Mərakeş və Xorvatiya 1/8 finala yüksəldi - Belçika qrupda qaldı

Tarix 01.12.22, 22:08

Font ölçüsü : - / +
bitmap-img6


Mərakeş milli komandası Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. Komanda F qrupunun sonuncu – 3-cü turunda Kanadaya 2:1 hesabı ilə qalib gələrək birinci pillənin sahibi kimi pley-offa adlayıb.

Hesabı 4-cü dəqiqədə Hakim Ziyeş açıb. 23-cü dəqiqədə Yussuf En-Nesiri Mərekeşin üstünlüyünü 2 topa çatdırıb. 40-cı dəqiqədə Naif Agerdin öz qapısına vurduğu qol fərqin azalmasına səbəb olsa da, afrikalılar qələbə hesabını sonadək qoruya bilib.

Beləliklə, 3 oyundan 7 xal toplayan Mərakeş qrupu ilk pillədə başa vurub. Kanada isə mundialla xalsız vidalaşıb.

Xorvatiya millisi də Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

F qrupunun III turunda Belçika ilə qolsuz heç-heçə edən Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv xallarını 5-ə çatdıraraq ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.

4 xalı olan “qırmızı şeytanlar” isə mundialla vidalaşıblar.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala yüksəliblər. 



Xəbərin oxunma sayı : 535




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap