Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Düşmən tanklarını gözləyən kabuslar – FOTOLAR

Tarix 24.05.17, 4:28

Font ölçüsü : - / +
bitmap-img6


Aprel döyüşləri zamanı Silahlı Qüvvələrimiz Ermənistan Ordusunun 30-a yaxın tank və zirehli döyüş texnikasını ekipajı ilə birlikdə məhv edərək, düşmən qüvvələrində panika yaratmağa nail oldu. Bunlar ordumuzun istifadəsində yer alan müasir tank əleyhinə raket kompeksləri ilə gerçəkləşdirildi. İlk dəfə olaraq Azərbaycan Ordusun arsenalındakı “Spike” (İsrail) və “Baryer” (Ukrayna) tank əleyhinə raket kompleksini döyüşlərdə tətbiq elədi.

Ötən həftə Azərbaycan Ordusu cəbhə xəttində “Spike” raketləri ilə düşmənin “Osa” zenit-raket kompleksini də uzaq məsafədən vuraraq düşməni bir daha təlaşa saldı.

Müdafiə sənayesi naziri Yavər Camalov isə bu günlərdə “AzeriDefence”yə müsahibəsində MSN-in üzərində işlədiyi kumulyativ döyüş başlıqlı “Zərbə-KH” kamikadze PUA-ı ilə düşmənin tank və zirehli texnikasının cəbhənin 100 kilometrədək dərinliyində aşkarlayıb məhv ediləcəyini vurğulayıb.

SSRİ dağılandan sonra Azərbaycan Ordusuna “Şturm-S”, “Faqot”, “Malyutka” kimi köhnə tank əleyhinə idarə olunan raket kompleksləri miras qalmışdı. Lakin son 15 ildə ordumuz öz arsenalını yeni raketlərlə zənginləşdirməyə nail olub. “AzeriDefence” ordumuzun da istifadəsində yer alan bəzi tank əleyhinə raket komplekslərini təqdim edir.

9K111 “Faqot” 

Rusiya istehsalı olan edən raket kompleksinin atış məsafəsi 2 km-dən 4 km-ə qədərdir. 1970-ci ildə silahlanmaya daxil edilib. Kompleksinin maksimal atış sürəti 60km/saat. Modernizə edilmiş varinatlarında raket kompleksinin atış məsafəsi daha da artırılıb. Müasirləşdirilmiş variantları bunlardır:



–  9М111- kalibri 120 mm-dir. Maksimal atış məsafəsi 2000 metrdir.

–  9М111М “Faktoriya” – maksimal atış məsafəsi 2500 metrdir.

“Faqot” dünyanın bir çox yerlərində münaqişələrdə istifadə olunub.

9М113 “Konkurs”

9М113 “Konkurs” SSRİ-də 1974-cü ildən istehsal olunur. “Faqot” ailəsinə daxildir. Kalibri 135 mm, atış məsafəsi 75-3000 metrə qədərdir. Modernləşdirilmiş 9M113M versiyasının isə atış məsafəsi 4000 metr təşkil edir. Bəzi mənbələrdə Sovet Ordusuna 20 ədəd 9P148 döyüş maşını üzərində 400 ədəd “Konkurs” raketinin miras qaldığı qeyd olunur.

9K115 “Metis”

9K115 “Metis” daşınabilən tank əleyhinə raket kompleksi. Sovet istehsalı olan bu kompleks 1978-ci ildə silahlandırılmaya daxil edilib. Raketin aşağıdakı modifikasiyaları var:



9K115 “Metis” – atış məsafəsi 40 – 1000 metr, çəkisi 6.3 kq-dır.

9K115-1 “Metis- M” – atış məsafəsi 80 – 1500 m. Raketin uzunluğu 810 mm, diametri 130 mm, çəkisi 13.8 kq-dır.

9K115-2 “Metis – M1” – atış məsafəsi 80 – 2000 m. Çəkisi 13 kq-dır.

9K135 “Kornet” tank əleyhinə raket kompleksi

Rusiya istehsalı olan “Kornet” raket kompleksinin atış məsafəsi 100 – 5500 metrdir. Maksimal sürəti 70 km/saat. Raketin uzunluğu 1200 mm, kalibri 152 mm, çəkisi 26 kq-dır.



Modernizə edildikdən sonra raket kompleksinin “Kornet – E”, “Kornet – D”, “Kornet – EM” versiyaları hazırlanıb. Müasirləşdirilmiş “Kornet – D” kompelksinin atış məsafəsi 10 km-ə qədərdir.

“Kornet” tank əleyhinə raket kompleksini Azərbaycan Silahlı Qüvvələri Rusiyadan 2009-2010-cu illərdə alıb.

9М120 “Ataka”

9М120 “Ataka” – Rusiya istehsalı olan bu TƏİR helikopterlərin silahlanmasına daxildir. Atış məsafəsi 6 km, kalibri 130 mm, çəkisi 42.5 kiloqramdır.

“Xrizantema-S” 

“Xrizantema-S”  (9K123/ 9М123) tank əleyhinə özüyeriyən raket kompleksi. Bu raket kompleksi mühəndis istehkam qurğuları, hava hədəfləri, canlı qüvvələrin sığınacaqlarda və açıq meydanlardakı hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.



“Xrizantema-S” döyüş komplektində lazer və radiosiqnalla idarə olunan 4 fərqli raket tipi, axtarış radarı və optik nişangahı var. BMP-3 döyüş maşınlarının şassisi üzərində yerləşdirilib.

Döyüş kompleksinin ilk partiyası 2015-ci ildə Azərbaycana təhvil verilib.

“Baryer-V”

“Baryer-V” tank əleyhinə raket kompleksi müasirləşdirilmiş Mi-24 helikopterinə qurulur. R-2V raketi ilə təchiz edilən kompleksin maksimal atış məsafəsi 7500 m təşkil edir. Raketin ümumi çəkisi 29.5 kq, kalibri 130 mm, atış məsafəsi 100 – 5000 metrdir.

“Skif” tank əleyhinə raket kompleksi

“Skif” tank əleyhinə raket kompleksi Ukrayna və Belrusun iştirakı ilə hazırlanıb. “Skif” 50 m məsafədən pult vasitəsi ilə idarə edilə bilir. Raketin ümumi çəkisi 29.5 kq, kalibri 130 mm, atış məsafəsi 100 – 5000 metrə qədərdir. Azərbaycan silahlanmasına 2010-cu ildə qəbul edilib.



“Spike” tank əleyhinə raket kompleksi

İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanan “Spike”-ın bir neçə növü mövcuddur. Bunlar “Spike NLOS”, “Spike-SR”, “Spike-MR”, “Spike-LR” və “Mini Spike”dir.

“Spike NLOS” – raket kompleksinin uzunluğu 1.5 metdir. Çəkisi 75 kiloqram olan raket kompleksinin uçuş məsafəsi 25 km-dir.

“Spike-SR”-in uzunluğu 1.5 metr, çəkisi 9 kiloqramdır. Spike sinfinin ən kiçik raket kompleksidir. Bu kompleksin hədəfi 800 metrə qədər məhv edə bilir. 




“Spike-MR” – bu spike raket kompelksinin orta variantıdır. 2500 metrə qədər hədəfi məhv etmə qabiliyyətinə malikdir.

“Spike-LR” – raket kompleksinin bu növü isə uzaq məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. 4000 metrə qədər olan hədəfləri məhv edir.

“Mini Spike” – raket kompleksinin bu növü ən yaxın məsafələri məhv etmək üçün nəzərdə tutulub.

“Spike” tank əleyhinə raket kompleksi Azərbaycan ordusunun arsenalına bir neçə il öncə daxil edilib.

Qeyd edək ki, aprel savaşı zamanı düşmənin 30-a yaxın tank və texnikasının məhv edilməsində “Spike” tank əleyhinə raket kompleksinin əvəzəssiz rolu olmuşdur.

15 may 2017-ci ildə Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarışısını alarkən ordumuz “Spike” tank əleyhinə raket kompleksi ilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını sıradan çıxarıb, şəxsi heyəti məhv edib.

LAHAT

İsrailin İAİ şirkətinin istehsalı olan LAHAT raketlərinin çapı 105 mm, atış məsafəsi 8000-13000 metr, döyüş başlığı 10 kiloqramdır. 30 dərəcə yan bucaq altında 800 mm qalınlığında zirehi dəlməyi bacarır.



UMTAS və OMTAS raketləri

Türkiyənin ROKETSAN şirkətinin istehsalı olan OMTAS raketinin mənzili 200-4000 metr, UMTAS-da isə 500-8000 metrdir. Azərbaycan MSN tərəfindən hazırlanmış tank əleyhinə döyüş qülləsi üzərində 4 ədəd döyüşə hazır raket və elektro-optik cihazlar yerləşir. Qüllə 360 dərəcə ətrafda -10, +35 dərəcə vertikal bucaq altında atəş açmağa imkan verir. Raketlər mühəndis istehkam qurğuları və tankların məhv edilməsi üçün nəzərdə tutulub. Gecə və əlverişsiz hava şəraitdə də istifadə oluna bilər, zirehli hədəflərə qarşı effektivdir. Yanğın və güllə keçirməsinə qarşı möhkəm təchiz olunub.



Təxmin edilir ki, UMTAS ABŞ-ın “Hellifire” və İsrailin “Spike” raketinin parametrlərini üstələyir.




Xəbərin oxunma sayı : 1660




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap