Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Düşmənə seçki sürprizi, Astana fiaskosu - Bakının gizli “əli”

Tarix 12.11.18, 9:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Ermənistanın təmsil olunduğu hərbi blokda da onu sıxışdırır və təkləyir - mühüm gəlişmə; Qarabağ və Naxçıvan istiqamətində hərbi əməliyyatlar başlasa...; erməni siyasətçi: “Paşinyan Ermənistanın mövqelərini zəiflədir”

Ötən həftənin yadda qalan siyasi olaylarından biri də noyabrın 8-də Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - “Rus NATO-su”) sammiti hesab edilə bilər. Ən çox diqqət çəkən isə toplantıda Ermənistan Ermənistanın, faktiki, təklənmiş duruma düşməsi oldu.

Rusiya mediasının yazdığına görə, sammitdə hətta erməni baş nazir əvəzi Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında mübahisə yaşanıb. Məsələ ondadır ki, Paşinyan Astana sammitində KTMT baş katibliyinə həmin vəzifədən kənarlaşdırılmış Yuri Xaçaturovun yerinə digər ermənini - sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı keçirmək, quruma rəhbərliyi öz əlində saxlamaq istəyirdi.

Sirr deyil ki, işğalçı ölkə bu posta Qarabağ məsələsində Azərbaycan üzərində psixoloji üstünlük şansı kimi baxır. Xüsusən də müharibə variantında, o sırada Naxçıvan istiqamətində hərbi toqquşma variantında “Rus NATO-su”nun başında erməninin durması İrəvan üçün az önəm kəsb eləmir.

Ancaq artıq məlumdur ki, Paşinyanın istəyi daşa dəyib. Çünki təkcə Belarus deyil, qurumun əsas üzvlərindən olan Qazaxıstan da buna qarşı olub. Nəhayət, Rusiya lideri Vladimir Putinin də Nikol Paşinyana bəlli münasibəti səbəbindən rəsmi İrəvanın arzusu gözündə qalıb. Görünür bu və digər səbəbdən Astanada baş katib məsələsinin müzakirəsi nəzərdə tutulan 1.5 saat əvəzinə 3 saat çəkib.

*****


Əslinə qalsa, erməni tərəfi bu nəticəni öncədən haqq eləmişdi. Çünki “Rus NATO-su”nun erməni baş katibinə qarşı Moskva ilə məsləhətləşmə aparmadan cinayət işi qaldırmaqla Paşinyan Kremldə, Putundə qəzəb yaratmış, eyni zamanda, Putinin layihəsi olan bir qurumun imicinə, daha dəqiq, Putinin nüfuzuna zərbə vurmuşdu. Bunun ardınca heç nə olmayıbmış ki, Ermənistanın yenidən öz namizədinin baş katib postu tutmasında israr eləməsi məntiqsiz olmaqla bərabər, KTMT-nin aparıcı üzvlərini - Rusiyanı, Qazaxıstanı və Belarusu ələ salmaq kimi çıxırdı.

Bəzi şərhçilərə görə, Belarus və Qazaxıstan liderləri sammitdə həm də Azərbaycanın mövqeyindən çıxış edib, Bakının  da “sözünü” deyiblər. Bu yerdə vurğulayaq ki, Belarus Azərbaycanın mühüm silah tədarükçülərindən, Qazaxıstan isə Belarus kimi Qarabağ məsələsində daima ədalətli mövqe tutan bir türkdilli, dost və tərəfdaş ölkədir.

Ermənistan həmçinin, baş katib vəzifəsində Bakı Ali Hərbi Məktəbinin məzunu, Azərbaycanın hərbi rəhbərliyi ilə geniş əlaqələrə malik olan general Stanislav Zasyanın namizədliyinin irəli sürülməsindən narahat idi. Ancaq necə deyərlər, olan-oldu: Minsk, Moskva və Astana İrəvanın məkrli arzusunu boşa çıxardı, ona yerini göstərdi, işğalçı ölkə üçün ən pis varianta üstünlük verdi. Qərara alındı ki, KTMT-yə 2020-ci ilədək baş katiblik əlifba sırası ilə Belarusa keçsin, Ermənistanın istifadə eləmədiyi il yarımlıq baş katiblik də Belarus təmsilçisinə həvalə olunsun. Mövzu artıq bitmiş kimi olsa da, qərara alınıb ki, baş katiblə bağlı son qərar qurumun 6 dekabrda Sankt-Peterburqdakı görüşündə verilsin.



Beləliklə, Astana sammiti, faktiki, Bakının diplomatik uğuru və düşmən tərəf üzərində psixoloji üstünlüyü, İrəvanın isə siyasi fiaskosu ilə yadda qaldı. Belə qənaət hasil oldu ki, Azərbaycan artıq Ermənistanın üzv olduğu hərbi blokda da onu sıxışdıra və təkləyə bilir. Bu da ötən həftənin önəmli gəlişmələrindın sayıla bilər. Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə bu faktor az önəm kəsb etməyəcək. Bundan əlavə, Astanada KTMT-yə müşahidəçi və tərəfdaş ölkələrin statusu barədə də qərar qəbul olunub. Azərbaycan müşahidəçi statusu alarsa, quruma üzv olmadan orada daha təsirli söz sahibinə çevrilə bilər...

*****

“Nikol Paşinyan Ermənistanın mövqelərini zəiflədir”. Bu bəyanatı Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov verib (axar.az). “8 noyabr keçdi və Ermənistan KTMT-də baş katib deyil. Bir şey aydındır ki, Paşinyanın idarəçiliyi dövründə Ermənistan qətiyyətlə öz təhlükəsizlik mövqelərini əldən verir. Artıq açıq bəyan edilir ki, bu vəzifə Belarusa keçəcək. Bu, Paşinyan hökumətinin növbəti uğursuzluğudur. Cənab baş nazir, korrupsiya ilə mübarizə aparmaq olar, amma bunu Ermənistan və Qarabağın təhlükəsizliyi hesabına etməyin. Əliyev yenidən ərazilərin qaytarılmasından, Ermənistan tərəfdən güzəştlərdən, Qarabağın Azərbaycana aid olmasından danışdı. Mən sizin reaksiyanızı gözlədim, amma susqunluqla qarşılaşdım”, - deyə o bildirib.




Söz yox ki, KTMT-yə rəhbər şəxsin seçilməsi məsələsində Rusiya prezidentinin iradəsi həlledicidir. Ayrı sözlə, “Yeni Müsavat”ın öncədən proqnoz elədiyi kimi, Putin KTMT-nin Astana sammitində İrəvana həqiqətən pis sürpriz elədi. Bu da hamısı deyil. İş ondadır ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Hansı seçkilər ki, qərbyönlü Paşinyan və komandası üçün xüsusi önəm daşıyır. Səsvermə günündən cəmi 3 gün qabaq - dekabrın 6-da “Rus NATO-su”na Bakıda hərbi təhsil almış, Azərbaycana simpatiyası olan belarus generalın təsdiqlənməsi isə Paşinyan üçün seçkiöncəsi növbəti pis sürpriz olacaq.

Əlavə edək ki, gələn ay həm də Rusiya Ermənistana satdığı təbii qazın satış qiymətinə yenidən baxmağa və onu qaldırmağa hazırlaşır. Bunu həmçinin imzalanan ikitərəfli müqavilənin vaxtının bitməsi ilə izah edir. Yəni Putin “qaza” basmaqla da İrəvana sürpriz edə bilər - bu dəfə seçkilərdən az sonra. Güman ki, Rusiya qazla bağlı yekun qərarını Paşinyanın 9 dekabrdan sonra xarici siyasət oriyentasiyası ilə bağlı hansı mövqe sərgiləyəcəyi əsasında verəcək...

“Yeni Müsavat”



Xəbərin oxunma sayı : 499




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap