Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dükan-bazarlardakı ajiotajın sirri - Deputat və iqtisadçı fərqli düşünür

Tarix 06.06.20, 22:34

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün, iyunun 6-dan etibarən paytaxt Bakı və ölkənin daha bir neçə iri şəhərlərində həftəsonu (şənbə, bazar) vətəndaşların küçəyə çıxması yasaqlanıb.Hazırda paytaxt Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda ərzaq mağazaları belə qapalıdır.

Bu qərar iki gün öncə, yəni, iyunun 4-də elan edilsə də iyunun 5-i günün ikinci yarısından sonra əhalinin müəyyən bir hissəsi marketlərə kütləvi axın edib. Bu zaman bir çox yerlərdə sosial məsafə qorunmayıb, bəzən maskadan belə istifadə edilməyib. Nəticədə bir çox mağazalarda bəzi dolablar boşalıb.

Mövzu ilə bağlı iqtisadçı Azər Mehtiyev “Azadlıq” radiosuna bildirib ki, əvvəlcə bu qərarın nə dərəcədəəsaslı olması müzakirə edilə bilər: “Operativ qərargah son günlər koronavirusa yoluxma hallarının artmasınıəsas götürərək belə bir qərar verdi. Lakin bu qərarın nə dərəcədəəsaslandırılmış olmasını heç kəsə bildirmədi.

Bu say artımı nə ilə bağlı idi? Operativ qərargah bunu bir çox insanların maska istifadə etməməsi və sosial məsafəni gözləməmələri ilə izah edib. Bunun qarşısını başqa üsullarla almaq mümkün idimi? Belə suallara cavab eşidilmədi”.


Azər Mehdiyevə görə digər tərəfdən hər hansı ajiotaj yaratmadan, sadəcəəvvəlki dövrdə tətbiq edilmiş SMS-lə evdən çıxmaq, insanlara rahat alış-verişüçün yetərli idi. O, insanların iki gün evdə qalmalarının yoluxma hallarını xeyli azalda biləcəyi barədə ehtimalları başa düşülən sayır. Amma vurğulayır ki, qəbul edilən qərarın kifayət qədər əsaslandırılmaması və eyni zamanda qərarın düzgün yerinə yetrirlməsinin təmin olunmaması qeyd edilən hadisələrin yaranmasını qaçılmaz edib. Onun firkincə, maarifləndirici tədbirlər qarşılıqlı etimada bağlıdır.

İnsanların marketlərdən ərzaq alması davranışına gəlincə A. Mehtiyev bunu rasional istehlakçı davranışı kimi dəyərləndirir: “Sadə məntiqlə düşünür ki, mağazalar iki gün işləməyəcək, bu müddətə lazım olan ərzaq alır”. 
 
Konkret olaraq daha çox çörək alınmasnı isə belə izah edir: “Dükanlara bir günlük çörək satışı qədər məhsul gətiriblər. Vətəndaş bilir ki, şənbə, bazar günləri mağaza işləməyəcək, odur ki, adi qaydada iki çərək alırdısa, bu şəraitdə 4 və ya 6 çörək alır”.

Onun sözlərinə görə, mağazalar 3 günlük yox, birgünlük çörək istehlakı normasını qəbul edir, vətəndaş isə ikigünlük çörək norması alır, ərzaq ehtiyatı görür: “Amma istənilən halda buna cahil davranışı kimi yanaşmaq olmaz, hətta varsa belə bu idarəetməyə inanmamasından qaynaqlanır”.

Deputat Fəzail Ağamalı isə“Turan” agentliyinə deyib ki, bu ajiotaj hökumətə inamsızlıq məsələsi deyil, sırf psixoloji məqamla bağlıdır. O, iyunun 5-də paytaxt marketlərində baş verən hallarla bağlı yayılmış videoları təəssüflə izlədiyini bildirib: “Marketlərin birindəçörək üstündə problem yaşanması kimi görünütlər var. Bu təəssüf doğurur. İki gün üçün bu qədər hazırlığa ehtiyac yoxdur və vəziyyət də buna əsas vermir. Ölkədəərzaq təminatı kifayət qədərdir, ajiotaja, təşvişə, narahatlığa da əsas yoxdur”.


Onun fikrincə, digər tərəfdən həqiqətən də həmin bazarlıqlarda sosial məsafənin gözlənilməməsi, maska taxılmaması yeni yoluxmalara əsas ola bilər: “İnsanlarımız nə üçünsə dükanların iki gün işləməməsini fəlakət kimi qəbul ediblər. Bizim problemimiz elə bu sayaq davranışlardan qaynaqlanır. Cəmiyyətdə problemi də bu düşüncədə olanlar yaradırlar”.

O, hesab edir ki, bu kəsimlə maarifləndirmə işi aparmaqla birgə, həm də qanunun gücündən istifadə olunmalıdır. Deputatın fikrincə, Operativ qərargahın tələblərinəəməl etməyənlər qanunun sərt üzü ilə rastlaşdıqdan sonra deyilənlərəəməl etməli olacaqlar: “Görünür, bu məsələdə də səliqə-sahman yaradılmasıüçün polisin yardımına ehtiyac olacaq. Yəni insnaları az saylı qruplar şəklində, sosail məsafəni qorumağa, maska taxmağa riayət edərək dükanlara buraxmaq lazım gələcək”.

Deputatın sözlərinə görə, bəziləri ümumiyyətlə qoruyucu vasitələrdən istifadəni inkar edirlər, bu isə virusun geniş yayılmasına şərait yaradır, buna qarşı sərt mübarizə lazımdır: “Təkcə cərimə yox, inzibati həbs və ya lazım gələrsə Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunmalıdırlar”.






Xəbərin oxunma sayı : 259




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap