Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

DİN Milli Şuranın iddialarına münasibət bildirib:“Bəyanatların heç bir hüquqi əsası yoxdur”

Tarix 23.01.18, 0:18

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi (DİN) Milli Şura üzvlərinin yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarəti zamanı polis əməkdaşlarının onlara maneə yaratması barədə iddialarına münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun və digər radikal müxalifət partiyaların rəhbərlərinin 20 Yanvar -Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət edərkən guya onlara süni əngəllərin yaradılması barədə sosial şəbəkələrdə paylaşdıqları statusların, verdikləri bəyanatların heç bir hüquqi və məntiqi əsası yoxdur.

Rəis müavini qeyd edib ki, daim öz hüquqlarının pozulduğunu iddia edən, bu zəminində hakimiyyət orqanlarının, xüsusən də polisin ünvanına iftira atmağa, onlar barəsində yeri gəldi-gəlmədi “qara piar”, böhtan kampaniyası aparmağa adət etmiş, özünü Milli Şura adlandıran qurumun bir qrup üzvü öz ənənələrinə bu dəfə də sadiq qalıblar, onların guya Şəhidlər Xiyabanını ziyarət etməsinə maneə yaradılması barədə açıqlamalar verməyə başlayıblar: “Bu qüvvələrin bilərəkdən təxribata getmək, ən müqəddəs hisslərdən, xalqımızın qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən olan 20 Yanvar hadisələrindən də ucuz siyasi məqsədləri üçün istifadə etməklə hər birimiz üçün ağrılı olan bu mövzuda da şou düzənləmək niyyəti həm də ondan bəlli idi ki, bu bədnam qurumun başbilənləri qabaqcadan edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, müəyyənləşdirilmiş vaxtdan da təqribən bir saat yarım əvvəl ziyarətə gəliblər. Bu şəxslərin Ümumxalq Hüzn Günündə qarşıdurma, qarışıqlıq yaratmaq niyyətlərini önləyən asayiş keşikçiləri radikal müxalifətçilərin həmin təxribatçı planının da qarşısını alaraq, onlara hamıdan qabaq ziyarətə başlamaq imkanı yaradıblar. Guya tərəfdarlarının toparlanacağı bəhanəsi ilə bu müqəddəs məkanda ümumi ziyarətçi axınını da qısa müddət süni şəkildə dayandırmış Milli Şura təmsilçilərinin məlum provokasiyasına özlərinin məhdud bir qrupundan başqa kimsə uymayıb, ümumxalq hüzn günündə, millətin birləşdiyi bir tarixdə təşkil etdikləri ucuz siyasi şouda özlərindən savayı kimsə iştirak etməyib. Bir daha qeyd edirik ki, yanvarın 20-də insanların Şəhidlər Xiyabanını maneəsiz və sərbəst şəkildə ziyarət etmələri üçün aidiyyəti dövlət qurumları tərəfindən hər cür şərait yaradılıb”.



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap