Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

DİN nəqliyyat vasitələrinin texniki baxışı ilə bağlı məlumat yaydı - VİDEO

Tarix 27.01.23, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtda hərəkəti müəyyən olunmuş vaxtlarda məhdudlaşdırılan yük avtomobilləri və avtobus sürücülərinə axşam saatlarında nəqliyyat vasitələrini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb.

AzFakt.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində artıq bir müddətdir ki, 24 saat fasiləsiz iş rejimi tətbiq edilir.

Gecə saatlarında avtomobilini texniki baxışdan keçirmək istəyən sürücülər kifayət qədərdir. Saatından asılı olmayaraq müraciət edən sürücülərin məmnunluğu üçün Texniki Baxış Mərkəzlərində bütün şərait yaradılıb.

Paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, sərnişin daşıması ilə məşğul olan avtobusların sürücüləri qurumun fasiləsiz fəaliyyətindən razıdırlar. İş saatlarında vaxt tapıb avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin sahibləri də axşamlar avtomobilini rahatlıqla texniki baxışdan keçirmə imkanına malikdirlər.

Qeyd edək ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər”, - məlumatda qeyd olunub.




Xəbərin oxunma sayı : 475




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap