Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

DİN və Baş Prokurorluq Saatlıdakı qətllə bağlı birgə məlumat yaydı - Təfərrüat

Tarix 19.10.18, 21:51

Font ölçüsü : - / +
bitmap-img6


Bu il oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində Sərxan Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində əlindən aldığı xəsarətlə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında müvafiq tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun Mətbuat xidmətlərindən baş vermiş qətllə bağlı daxil olan birgə məlumat görə,  ilkin təhqiqat zamanı rayonun Orta Muğan kəndindəki fermaların birində çoban işləyən Sərxan Mirzəyevin həmin xəsarəti çoban yoldaşı Aqşin Astanovun ov tüfəngindən açdığı atəş nəticəsində aldığı müəyyən edilib.

Dərhal görülən tədbirlərlə A.Astanov İmişli rayonu ərazisində saxlanılıb. Ətrafında həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun törətdiyi daha ağır bir cinayətin üstü "isti izlərlə” açılıb.

Araşdırmalarla A.Astanovun elə həmin gün saat 21 radələrində Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində onunla birgə fermada çoban işləyən Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə nəticəsində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə sözügedən kəndin ərazisindən keçən "Şor su” kanalına atdığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Davam  etdirilən əməliyyat-axtarış tədbirləri ilə N.Gülbalayevin meyiti oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndindən keçən kanalda, cinayətin aləti olan ov silahı isə Hacıqabul rayonu ərazisində aşkar olunaraq istintaq orqanına təhvil verilib.

İki ağır cinayəti törətməkdə şübhəli bilinən Aqşin Astanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 277




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap