Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dünya çempionatının təntənəli açılış mərasimi keçirilib- Moskvadakı “Lujniki” stadionunda

Tarix 14.06.18, 23:05

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın paytaxtı Moskvadakı “Lujniki” stadionunda futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib

“Report”un məlumatına görə, tədbirdə ingiltərəli məşhur müğənni Robbi Uilyams və rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina möhtəşəm ifaları ilə arenaya toplaşan azarkeşlərə unudulmaz anlar bəxş ediblər.

DÇ-2018-in səfiri Viktoria Lopryova kosmosu dolaşmış topu meydanın mərkəzinə gətiriblər.

Səhnəyə daxil olan Ronaldo istedadlı uşağın çempionatın simvolu “Zabivaka” adlı canavarın qoruduğu qapıya topla zərbə endirməsinə şərait yaradıb. Daha sonra açılış oyununda iştirak edəcək komandalar meydana daxil olublar.

Qeyd edək ki, açılış mərasimindən sonra keçiriləcək ilk oyunda “A” qrupunda yer alan ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edəcək.

Dünya çempionatında 32 milli komanda mübarizə aparır. Millilər hər birində dörd komanda olan səkkiz qrupda yer alıblar:

“A” qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay;

“B” qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran;

“C” qrupu: Fransa, Avstraliya, Peru, Danimarka;

“D” qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya;

“E” qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya;

“F” qrupu: Almaniya, Meksika, İsveç, Koreya Respublikası

“G” qrupu: Belçika, Panama, Tunis, İngiltərə;

“H” qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya.

Hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaqlar.

Dünya çempionatının qrup mərhələsinin oyunları iyunun 14-dən 28-dək keçiriləcək. Bir günlük istirahətdən sonra – iyunun 30-da start veriləcək səkkizdəbir final mərhələsinə iyulun 3-də yekun vurulacaq. İyulun 4-ü və 5-i çempionatda növbəti istirahət günləri olacaq. İyulun 6-da və 7-də dörddəbir, iyulun 10-da və 11-də yarımfinal görüşləri keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.



Xəbərin oxunma sayı : 457




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap