Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Dünya əhalisinin 1 faizi planetdəki bütün sərvətin sahibdir – Kasıbların ağlasığmaz istismarı gedir

Tarix 23.01.18, 3:23

Font ölçüsü : - / +
bitmap-img6


“Oxfam” təşkilatı növbəti hesabatında dünyada sərvət fərqinin artdığını açıqlayıb. Sənəddən belə çıxır ki, korporasiya direktorları daha zəngin olub, işçilər və kəndlilər isə daha da yoxullaşıblar.

İsveçrənin Davos şəhərində start götürən beynəlxalq iqtisadi foruma həsr edilən “Oxfam” təşkilatının ənənəvi hesabatında göstərilir ki, il ərzində planetin ən varlı şəxslərinin sərvəti artıb və indi dünya əhalisinin 1%-i bütün sərvətin 82%-nə sahibdir. Planetin 3,7 milyard sakininin vəziyyəti dəyişməz olaraq qalıb.

“Oxfam” göstərir ki, 2010-cu ildən milyarderlərin ümumi sərvəti 13% artıb. Onların sərvəti adi işçilərin və qulluqçuların əmək haqlarından altı dəfə sürətlə artıb.

Məruzənin müəllifləri izah edirlər ki, planetin varlı sakinləri əmək şəraitinin pisləşməsi hesabına varlanıblar. İşçilərin hüquqlarının məhdudlaşdırılması ilə yanaşı böyük biznesin dövlətin qəbul etdiyi qərarlara təsiri də artır, habelə əsas səhmdarlara ödənişlər artır.

"Milyarderlərin sayının artması iqtisadiyyatın artımı deyil, əksinə, sistemin iflası deməkdir. Paltar tikənlər, telefon yığanlar, meyvə-tərəvəz yetişdirənlər fasiləsiz ucuz məhsul axınının yaradılması və böyük şirkətlərin gəlirinin artması üçün istismar edilir”, – “Oxfam” şirkətinin icraçı direktoru Vinsent Benyamin (Vincent Benjamin) qeyd edib.

Benyamin, həmçinin bildirib ki, inkişaf etməkdə olan ölkələrdə olduğu kimi ABŞ-da da vətəndaşlar istismara məruz qalır. Məsələn, Vyetnamda tikiş fabrikində işləyən qadınlar aylarla öz uşaqlarını görə bilmir, Birləşmiş Ştatların quşçuluq müəssisələrində çalışan işçilər isə işə pampersdə gəlmək məcburiyyətindədir, çünki növbə dəyişən zaman onların tualetə getməsi qadağan edilir.

Ötən il yanvarın ortasında “Oxfam”-ın dərc etdiyi hesabata əsasən planetin ən zəngin 8 sakininin kapitalı bütün dünya əhalisinin 50%-nin kapitalına bərabər olub.

Ekspertlərin hesablamalarına görə, dünyanın ən yoxsul 3,6 milyard nəfərinin “sərvəti” təqribən 426 milyard dollar təşkil edib, orta hesabla adam başına 118 dollar düşüb. Səkkiz ən zəngin adamın sərvəti isə 426 milyard dollar təşkil edib: Bill Qeyts (75 milyard dollar), Amansio Ortega (67 milyard dollar), Uorren Baffet (60,8 milyard dollar), Karlos Slim (50 milyard dollar), Ceff Bezos (45,2 milyard dollar), Mark Zukerberq (44,6 milyard dolalr), Lari Ellison (43,6 milyard dollar) və Maykl Blumberq (40 milyard dollar).

Qeyd edək ki, “Oxfam” 1942-ci ildə təsis edilib. Təşkilat yoxsulluq səviyyəsində olan və gender bərabərsizliyinin qurbanına çevrilən insanları müdafiə edir. Qurum tərəfindən dərc edilən illik hesabatlarda planet sakinlərinin həyatının yaxşılaşdırılması üzrə təkliflər yer alır.

Artyom Filipenok

RBC

22 yanvar 2018-ci il

“Xpressa”



Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap