Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Dünya maliyyə bazarlarında SON DURUM açıqlanıb

Tarix 05.09.17, 3:39

Font ölçüsü : - / +
bitmap-img6


Bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat açıqlanıb. Trend-ə “InvestAZ” İnvestisiya şirkətindən verilən məlumata görə, maliyyə bazarlarında EUR/USD məzənnəsi son bir həftə 1.1880$-a kimi təqribən 2% ucuzlaşıb. Məzənnə üzrə texniki təhlillər isə onu göstərir ki, qiymət 1.1824$-a kimi ucuzlaşarsa, əlavə olaraq 1.1730$-a kimi də ucuzlaşa bilər.

Bu həftə investorlar üçün xüsusilə önəmlidir. Belə ki, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da Avropa Mərkəzi Bankının sədri Mario Draqinin mətbuat konfransı keçiriləcəkdir və sədrin yumşaq monetar siyasətin gələcəyi ilə bağlı verəcək mesajları investorlar böyük maraqla gözləyirlər.

Funt sterlinqin qiyməti keçən həftə 1.30$-ın altında ticarət olunub. GBP/USD qiyməti üzrə təhlillər isə onu göstərir ki, qiymət bu həftə də 1.30$-ın altında ticarət olunmağa davam edərsə, 1.2770$ və 1.2690$-a kimi ucuzlaşmağa başlaya bilər.

Bununla yanaşı, keçən həftə baş tutan üçüncü “BREKSİT” danışıqları da Avropa Birliyinin İngiltərəyə qarşı sərt tələbləri ilə yadda qalıb.

Türkiyə valyuta bazarlarında Türk lirəsi qiyməti də bahalaşmaqda davam edir. Lakin maliyyə bazarlarında qiymətin əlavə olaraq 3.40TL-ə kimi bahalaşmaqda davam edə biləcəyi gözləntiləri olsa da, qiymətin ilin sonuna doğru istiqamət dəyişərək, 3.55TL-ə kimi ucuzlaşa biləcəyi proqnozları da güclənməkdədir.

Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftənin ilk yarısında 50$-a kimi ucuzlaşsa da, yenidən 52$-ın üzərində ticarət edilir. Gələcək günlər ərzində qiymət 52.80$-a kimi dəyər qazanarsa, artım dalğasının 53.33$-a kimi də sürətlənə biləcəyi proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, ABŞ-da neft ehtiyatlarının azalması dinamikasının güclənməsi və ABŞ-da baş verən güclü təbii hadisələr, keçən həftə neft qiymətlərinə dəstək olan amillər olub.

Əlvan metallar bazarlarında da qızılın qiyməti bahalaşmaqda davam edir. Dünyada siyasi və iqtisadi risklərin artması, qızılın bir unsiya üzrə qiymətinin 1338$-a (42.9 $/qram) kimi dəyər qazanmasına təsir edib. Təhlillərə əsasən, maliyyə bazarlarında qızıl qiymətləri 1352$-a (43.4 $/qram) kimi də bahalaşa bilər.



Xəbərin oxunma sayı : 157




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap