Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Dünya okeanları gözlənildiyindən 40 faiz daha sürətlə isinir - Alimlər

Tarix 12.01.19, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


Alimlər müəyyən ediblər ki, dünya okeanları gözlənildiyindən 40 faiz daha sürətlə isinir. Bunun səbəbi atmosferə emissiya olunan karbon dioksid qazının əmələ gətirdiyi istinin okean sularına qarışmasıdır

“The New York Times” qəzeti xəbər verir ki, “Science” jurnalının elmi məqaləsində okeanlarda istiləşmənin beş il əvvəl BMT-nin verdiyi proqnozlardan daha sürətlə baş verdiyi və son illər rekord həddə çatdığı qeyd olunub. Yeni tədqiqatlara dair hesabatda göstərilir ki, bu baxımdan 2018-ci ildə mənfi tendensiya güclənməkdə davam edib.

“Berkeley Earth” qrupunun hazırladığı hesabatda vurğulanıb ki, dünya okeanları insan fəaliyyətinin zərərli nəticələri olan qazların 93 faizini udur. Rutgers Universitetinin professoru Malin Pinskinin sözlərinə görə, hazırda onların sayəsində Yerdə ekoloji tarazlıq qorunur, lakin atmosferə buraxılan qazları udan okeanlarda flora və fauna sürətlə məhv olur, suyun səviyyəsi qalxır və dağıdıcı tufanların sayı getdikcə artır. Alim əlavə edib ki, daha yüksək temperaturu olan okeanlardan balıqlar digər su hövzələrinə axın edirlər. “Bir çox ölkələrdə insanların qida rasionunun əsasını təşkil edən balıqların sürətlə azalması təkcə sosial gərginliyə deyil, habelə ölkələr arasında münaqişəyə da səbəb ola bilər”, deyə Pinski diqqətə çatdırıb.

Alimlər xəbərdarlıq edirlər ki, okean sularının isinməsi nəticəsində 2017-ci ildə baş vermiş Harvey və bir il sonra daha çox dağıdıcı təsir göstərən Florens tufanlarından da güclü fəlakətlər ola bilər. Artıq son üç ildə milyonlarla insanın qida mənbəyi olan mərcan riflərinin beşdəbir hissəsi məhv olub. “Okeana” ekologiya qrupunun tədqiqatçısı Ketrin Metyu bildirib ki, mərcan riflərinin məhv olması tropik zonalarında yaşayan insanların ərzaq təminatına mənfi təsir göstərəcək. Onun sözlərinə görə, okeanların flora və faunasının məhvi son nəticədə insanları protein mənbəyindən məhrum edəcək.

2000-ci ildən başlayaraq ekoloqlar okean sularının temperaturunu “Argo” adlanan üzən dreyf vasitəsilə ölçürlər. Yunan əsatirindəki gəminin adından götürülmüş bu dreyf məlumatları peyk vasitəsilə ötürür. Məhz bu dreyfin tədqiqatları BMT-nin 2014-cü ildə verdiyi proqnozları alt-üst edib.



Xəbərin oxunma sayı : 235

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda