Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Dünya onun Zelenskiyə zəngini gözləyir - Xəbərdarlıq mesajı verildi

Tarix 09.04.23, 10:45

Font ölçüsü : - / +
bitmap-img6


“Fransa prezidenti Emmanuel Makronla Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Çinə birgə səfəri başa çatıb. Gözlənildiyi kimi, Pekində əsas mövzu Ukrayna olub”.

AzFakt.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

a90e4818-9a32-3f11-93bc-e8662f8dac73_850.jpg (68 KB)

Politoloq vurğulayıb ki, Avropa İttifaqı Çinin Rusiyaya dəstəyindən narahatdır:

“Daha böyük narahatlıq Çinin İran kimi Rusiyaya silah və hərbi texnika göndərməsi ehtimalı ilə bağlıdır. Daha əvvəl Pekində Avropadan Almaniyanın kansleri Olaf Şolts, İspaniyanın baş naziri Perdo Sançes və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel olmuşdular.

Pekinin Ukrayna məsələsində mövqeyi dəyişməyib və bu səfərlərin böyük nəticəsi yoxdur. Çin lideri Si Cinpin Fransa prezidenti Emmanuel Makronla Pekində keçirilən danışıqlardan sonra birgə bəyannamə qəbul ediblər. Ortaq fikir sadəcə bundan ibarət olub ki, tərəflər Ukrayna məsələsi ilə bağlı danışıqlara başlamalı və problem sülh yolu ilə həll olunmalıdır. Buna baxmayaraq, Çin lideri Rusiyanı qınamaqdan imtina edib. Halbuki, ortaq mətbuat konfransında Fransa prezidenti Çin liderinə müraciət edərək, Rusiyanı işğala son qoymağa çağırıb. Makron Pekində bildirib ki, Avropa Ukrayna torpaqlarının işğalı ilə barışmayacaq və Rusiya heç bir halda Belarusda nüvə silahı yerləşdirməməlidir. Si Cinpin Emmanuel Makronun bu çağırışını dəstəkləməyib. Cinpinin yeganə güzəşti o olub ki, Çin lideri Ukrayna prezidenti Volodimir Zelenskiyə telefon zəngi edəcəyini vəd verib. Ancaq Cinpin bunun nə zaman baş verəcəyini dəqiqləşdirməyib. Çin lideri əvvəlki kimi hesab edir ki, müharibənin başlanmasında NATO günahkardır. Si Cinpinin fikrincə, NATO Rusiyanın Ukraynadakı təhlükəsizlik maraqlarını nəzərə almalı idi”.

81da776e-aff4-3478-8c2f-452ee6980aa2_850.jpg (78 KB)

Politoloq qeyd edib ki, Fransa prezidentinin və Avropa Komissiyasının rəhbərinin Pekinə səfəri nəticəsiz qalıb:

“Bu, əvvəlcədən bəlli idi. Belə olan halda Makron və Ursula fon der Lyayen hansı səbəbdən Pekinə səfər ediblər? Görünür, Avropa təmsilçilərinin bu səfərləri Pekinə xəbərdarlıq əhəmiyyəti daşıyır ki, Çin Rusiyaya hərbi texnika və silah versə, Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq edəcək. Brüssel Pekinin Kremldən Ukrayna məsələsinə görə məsafə saxlamasını istəyir. Çinin Avropa İttifaqı dövlətləri ilə sıx iqtisadi əlaqələri var. İyun ayında Avropa İttifaqı-Çin sammiti planlaşdırılır. Vaşinqtondan fərqli olaraq Brüssel Çinlə iqtisadi əlaqələri zəiflətmək istəmir. Ancaq əgər Pekin Rusiyaya silah və hərbi texnika verərsə, Brüssel Pekinlə iqtisadi əlaqələri zəiflətmək məcburiyyətində qalacaq və Çin böyük Avropa bazarını itirəcək”.



Xəbərin oxunma sayı : 706




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap