Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Dünyada ən çox kitab oxunan 10 ölkə… –Siyahı açıqlandı

Tarix 23.04.19, 20:35

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada ən çox kitab oxunan 10 ölkə arasında Asiyanın 6, Avropanın isə 4 ölkəsi yer alıb.

Anadolu informasiya agentliyİ xəbər verir ki, vətəndaşları orta hesabla həftədə 10 saat 42 dəqiqə kitab oxuyan Hindistan siyahıya başçılıq edir.

Dünyada ən çox kitab oxunan ölkələr reytinqində Hindistanın ardınca Tailand (9 saat 24 dəqiqə) və Çin (8 saat) gəlir.

Siyahıda növbəti yerləri Filippin (7 saat 36 dəqiqə), Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6 dəqiqə), Fransa (6 saat 54 dəqiqə), Macaristan (6 saat 48 dəqiqə) və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə) tutur.

Kitab oxuma reytinqində vətəndaşların həftə ərzində mütaliəyə ayırdığı orta vaxt əsas götürülür. İndeksin müəyyən olunması üçün, həmçinin qəzet, jurnal kimi nəşrlərin oxunmasına da bal verilir.

Dünyada ən çox oxunan kitabların reytinqində isə birinci yeri Qurani Kərim tutur. Sonrakı yerlərdə İncil və Mao Zedunun bəyanatlarının çap olunduğu “Maonun seçilmiş sözləri” adlı kitabı gəlir. Siyahıda ilk beşlikdə Migel de Servantesin “Don Kixot” romanı və Coan Roulinqin “Harri Potter” romanlar seriyası yer alır.

Çarlz Dikkensin “İki şəhərin hekayəsi”, Con Ronald Ruelin “Üzüklərin hökmdarı” trilogiyası, Antuan Sent-Ekzüperinin “Kiçik şahzadə”, Lüis Kerrolun “Alisa möcüzələr diyarında” və Aqata Kristinin “10 zənci balası” əsərləri də dünyada ən çox oxunan kitablar arasındadır/Azərtac.





Xəbərin oxunma sayı : 298




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap