Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dünyada iqtisadi artım tempi azalacaq - BVF Azərbaycanda isə artım proqnozlaşdırır

Tarix 14.10.21, 10:43

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Valyuta Fondu (BVF) bu il üçün qlobal iqtisadi artım proqnozunu azacıq azaldaraq 5.9 faizə salıb. Qurum bunu dünyanın koronavirus pandemiyasına nə qədər tez üstün gələcəyinin qeyri-müəyyən olması ilə izah edib.

Vaşinqtonda yerləşən fond oktyabrın 12-də yaydığı Dünya İqtisadi Proqnozunda iyulda açıqladığı 6 faizlik proqnozu 0.1 faiz azaldıb. Hesabatda COVID-19-un Asiyanın emal hablarında yayılmasının təchizat zəncirindəki pozuntuları kəskinləşdirməsindən, zəngin və yoxsul ölkələrdə vaksinasiya səviyyələrində bərabərsizlikdən söz açılır.

“Qlobal bərpa davam edir, amma temp zəifləyib”, – BVF-nin tədqiqat direktoru Gita Gopinas deyib.

Hazırda dünyanın inkişaf etmiş iqtisadiyyatlarında əhalinin 60 faizə yaxını, yoxsul ölkələrdə isə 4 faizə yaxını peyvəndlənib. Gopinas inkişaf etmiş və azgəlirli iqtisadiyyatların artım perspektivlərində təhlükəli fərqlə bağlı xəbərdarlıq edib.

Dünyanın ən böyük iqtisadiyyatı olan Birləşmiş Ştatlarda bu il 6 faizlik artım proqnozlaşdırılır. İyuldakı proqnoz isə 7 faiz idi. Səbəb kimi COVID-19-a yoluxmalar səbəbindən iqtisadi fəaliyyətin yavaşıması, təchizatda qıtlıq və inflyasiyanın sürətlənməsinin istehsalı yubatması göstərilir.

Dünyanın ikinci iqtisadiyyatı Çində də artımın iyuldakı proqnozdan 0.1 faiz azalacağı, 8 faiz olacağı gözlənir. Fond bunu dövlət xərclərinin gözlənildiyindən xeyli azalması ilə izah edir. Eyni zamanda əmlak bazarının zəifləməsinin əlavə zərbə yaradacağı ilə bağlı xəbərdarlıq səsləndirir.

Fond 2021-ci ildə avrozona üçün proqnozunu qaldırıb. Axı, Fransa və İtaliyada göstəricilər yaxşılaşıb, həm də pandemiya qadağaları yüngülləşdirilib.

İyuldakı 4.6 faizlik proqnoz 5 faizə qaldırılıb. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada 3.1 faiz, Fransa və İtaliyada isə 6 faiz civarında artım proqnozlaşdırılır.

Az inkişaf etmiş ölkələrdə artım daha yavaş gedəcək. Fond vaksinasiyadakı fərqləri, inflyasiyanın artmasını, ərzağın bahalanmasını əsas gətirir.

Ümumilikdə bu il dünyanın qabaqcıl iqtisadiyyatlarında artım 5.2 faiz olacaq. Azgəlirli inkişaf etməkdə olan ölkələr üçünsə 3 faizlik artım proqnozlaşdırılır.

Fondun proqnozlarına görə, qabaqcıl iqtisadiyyatların cəmi məhsulu onların pandemiyada itirdiklərini gələn iləcən kompensasiya edəcək və 2024-cü ilədək pandemiyadan öncəki artım səviyyəsini keçəcəklər.

BVF-nin Azərbaycanla bağlı proqnozlarında da dəyişiklik edilib. Qurum hesab edir ki, Ümumi Daxili Məhsul (ÜDM) bu il 3 %, 2022-ci ildə isə 2,3 % artacaq. Qeyd edək ki, qurumun aprel proqnozunda Azərbaycanın iqtisadi artım tempi müvafiq olaraq 2,3 % və 1,7 % səviyyəsində müəyyən edilmişdi.



Xəbərin oxunma sayı : 862




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap