Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dünyanı gözləyən böyük fəlakət:ümumdünya iqtisadi böhranı doğuracaq üç qara bulud – Təhlil

Tarix 22.06.18, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Olqa Samofalova

Vzqlyad.ru, 21.06.2018

Artıq bir ildən sonra böhranın yeni dalğası dünya iqtisadiyyatını yaxalaya bilər. Ən azı, getdikcə daha çox iqtisadçı bu fikrə gəlir ki, dünya yeni fəlakətə sarı irəliləyir. Mütəxəssisləri dünyanı təhlükədən  xəbərdar etməyə nə vadar edir, bu təhlükə nədə əks oluna bilər və Rusiya hadisələrin bu cür dönüşünə hazırdırmı?

Son zamanlar dünyada baş verən dəyişikliklər ekspertləri yeni kürəsəl böhran gözləməyə məcbur edir – özü də ən yaxın vaxtlarda.

Müasir inkişaf institutunun “Maliyyə və iqtisadiyyat” istiqamətinin rəhbəri Nikita Maslennikov deyir: “Dünya təsərrüfatrındakı durum hərfiyyən göz qabağında dəyişilir. İlin əvvəlində keçən illərdən fərqli olaraq dünya artımının sürətləndiyi, sinxron olduğu, beynəlxalq ticarət tempinin kürəsəl ÜDM artım tempini qabaqladığı mövzusunda hələ bir yığın qələbə məlumatı vardısa, durum indi başqadır. Dünyada iqtisadi artım asinxron olub, çünki ABŞ-dan savayı qalan aparıcı iqtisadiyyatların hamısı açıq-aşkar tormozlanır. Bu həm avrozona, həm Çin, həm də Yaponiyadır”.

İkincisi, ticarət müharibələri riski gerçəkləşməyə başlayıb. ABŞ və Çin arasında qarşılıqlı ticari rüsumlar spiralı fırlanmağa başlayıb. Cavabında Amerika mallarına əlavə rüsumlar daxil edən Avropa Birliyi də geridə qalmır. Hətta ABŞ-la yetərincə zəif ticari əlaqələrlə bağlı olan Rusiya da cavab tədbirlər hazırlayır.

Maslennikov deyir: “Hələ də ümid qalır ki, tərəflər uzlaşmaya gələcəklər. Amma iki iqtisadiyyat arasında (ABŞ və Çin-Vzqlyad)” tammiqyaslı ticarət savaşı başlanarsa, onda dünya iqtisadiyyatı, təxminən, 1,4% artım itirəcək”.

“Yoluxma” Avropaya da yayılsa, onda nəticələr daha pis ola bilər. İqtisadiyyat üzrə Nobel mükafatçısı Pol Kruqmanın dəyərləndirdiyinə görə, ABŞ-ın başqa ölkələrlə tamdəyərli ticarət savaşı 30-60% diapazonunda tariflər bildirəcək, bu, ticarətin xeyli, ola bilsin, 70% azalmasına səbəb olacaq, dünya ÜDM isə ola bilsin, 2-3% düşəcək. Müasir inkişaf institutunun iqtisadçısı deyir: “Bütün bunlar artıq 2019-cu ilin birinci yarısının sonunda kürəsəl təsərrüfatı yeni dünya geriləməsinə itələyəcəyi duruma yaxınlaşdırır. Və bu yenidən nəzərdən keçirə biləcəyim ehtiyatlı dəyərləndirmədir, çünki risklər güclənir”.

 

Böhranı gizlədiblər, amma o, heç hara yox olmayıb

 

“Neokon” konsaltinq şirkətinin prezidenti Mixail Xazin hesab edir ki, dünya iqtisadi böhranı heç dayanamayıb, 2008-dən bəri durmadan gedir. İqtisadçı öz baxış nöqtəsini izah edir: “İqtisadi artımsız on il. O, heç harada yoxdur – nə ABŞ-da, nə də AB-də. Əlbəttə, onlar artım qələmə verirlər, lakin istisnasız olaraq statistik metodikanı dəyişdiklərinə görə. Məsələn, onlar intellektual mülkiyyəti ÜDM-ə daxil ediblər və onlarda ÜDM də bu hesaba artır. Amma 70-ci illərin metodikasıyla tutuşdurulsa, iqtisadi tənəzzül gedir”.

Mixail Xazin deyir: “Böhranın kəskin mərhələsi 2008-də başlanıb. Onu emissiyalar vasitəsilə qayçılayıblar və o vaxtdan bəri dartınır. 2014-ədək dolların emissiyası olub, sonra avro və iyenin emissiyası başlanıb. İndi artıq aydındır ki, bu daha işləmir. Avropa Mərkəzi Bankı emissiyanı tədricən dayandırır, belə ki, düşünürəm, bizi hələ ağır dövrlər gözləyir”. İqtisadçı izah edir: “Kəskinləşmə dəqiq olacaq, haçan – olduqca qəliz sualdır. Birincisi, onların emissiyanı axıradək məhz haçan dayandıracağını bilmirik. İkincisi, hansı daxili rezervlərin olduğunu çox da başa düşmürük. Dünya maliyyə sistemi heç vaxt indiki durumda olmayıb. Təcrübə yoxdur, heç nəylə tutuşdurmaq olmur”.

Xazin bazarların həddindən artıq qızdırıldığına, şirkətlərin gəlirlilik və dəyərinin nisbətinə işarə edir. Mixail Xazin tutqun mənzərə təsvir edir: “Cürətlə demək olar ki, əvvəllər olmuş kriteriyalar baxımından bazarların çöküşü qaçılmazdır. Bazarların çöküşünü ardınca özəl tələbat mexanizmi dağılacaq. Özəl tələbatın təşviq mexanizmi dağılan kimi dərhal üzə çıxacaq ki, insanların yaşayış səviyyəsi kəskin düşür. Tam bir dəst”.

O, əlavə edir: “Fond bazarından bütün maliyyəçilər mənə izah ediblər ki, onların metodikası və qiyməti baxımından  bazarlar hələ 2016-nın payızından çökməliydi. Amma nədənsə çökməyib. Niyə – aydın deyil”. İstənilən şey böhranın kəskin mərhələsini törədə bilər. (Lehman Brothers tipli) iri maliyyə oyunçusunun iflasından və yaxud (ABŞ-dakı ipotekanın) partlayan maliyyə bombasından savayı hətta təbii fəlakət kimi işə düşə bilər.  Xazin deyir: “Az şeymi var? Məsələn, hansısa vulkan püskürməyə başlayar və ya 12 ballıq zəlzələ baş verər, ya da hansısa məlumat üzə çıxar, istədiyin qədər səbəb ola bilər”.

O, əlavə edir: “Kim bilir ki, durumun kəskinləşməsi haradan gələr, bir də nə fərqi var. İndi bizdə bazarlar vahiddir, buna görə də harada başlayır-başlasın, hamısına toxunacaq”.

Bununla yanaşı, ABŞ bu böhrandan uduzmağa deyil, növbəti dəfə udmağa ümid edir. Xazin söyləyir: “İstisna etmirəm ki, əslində, ABŞ, Tramp bununla məşğul olur ki, AB, Yaponiya, Çin, Hndistanın çöküşü hesabına öz bazarlarını qorumağa cəhd edir. Mənə elə gəlir ki, bu alınmayacaq”.

 

Soros zəif bənd AB-i hesab edir

 

Xarici iqtisadçılar da yeni dünya böhranı riskindən danışırlar. Məşhur maliyyəçi Corc Soros bu yaxınlarda böyük iqtisadi böhran təhlükəsindən danışmağa başlayıb. Onun fikrincə, hamıdan çox məhz Avropa və, əlbəttə, inkişaf etmiş bazarlı ölkələr ziyan çəkəcək. Amma burası da var ki, Soros dünyanın problemlərinə biryanlı baxmağı sevir – o, ABŞ-da heç bir problem görmür. Əvəzin də AB-nin tam üç problemi var: qaçqınlar problemi, ərazi dezinteqrasiyası (Böyük Britaniyanın AB-dən çıxması) və “Avropanın inkişafına mane olmuş” maliyyə böhranından doğan sərt qənaət siyasəti. Və, əlbəttə, Soros inanmır ki, AB bunların öhdəsindən gələcək: “Bu cür getməyəcək şeylərin hamısı bu cür getməyib”.

O əmindir: “Avropanın ekzistensial təhlükədə olduğu daha nitq ibarəsi deyil, sərt gerçəklikdir”.

Lakin bu da var ki, onun fikrincə, yeni böhranı məhz Transatlantik əməkdaşlığını məhv edən və İranla nüvə sazişindən çıxan ABŞ prezidenti Donald Tramp doğuracaq ki, bu da (yenə də ABŞ-ın özünün deyil) məhz AB iqtisadiyyatına hökmən mənfi təsir edəcək. Soros bir bölgədəki problemləri üzə çıxararkən, amma başqasındakına kölgə salarkən onun biryanlı yanaşmasıyla mübahisə etmək olar, amma bütünlükdə dünya böhranı təhlükəsinin özü mövcudluq hüququna malikdir.

 

Dünya iqtisadiyyatının üzərinə gedən fırtınanın üç qara buludu

 

BVF başçısı Kristin Laqard  dünyadakı üç problemli nöqtəni daha obyektivcəsinə göstərib. O, Piter forumunda dünya iqtisadiyyatının üzərinə gedən “fırtına”nın üç “qara buludu”na işarə edib. Birinci “qara bulud” müxtəlif ölkələrin topladığı 162 trilyon dollar və ya dünya ÜDM-nin 225%-i civarında, sadəcə, son dərəcə nəhəng suveren borclardır. Laqard deyib: “Bu nə zamansa, o cümlədən II dünya savaşından sonra olduğundan xeyli çoxdur”. Bu, ayrılıqda, əlbəttə, dövlət borcu 20 trilyon dollara yaxınlaşan ABŞ,  habelə AB (demək olar, 18 trilyon dollar), Yaponiya (11,5 trilyon dollardan çox), Böyük Britaniya (7,5 trilyon dollardan çox) və s.-dir.

İkinci “qara bulud” ABŞ monetar siyasətinin  sərtləşdiriləcəyi halda bazarları sürətlə formalaşan və gəlirləri orta səviyyəli ölkələrdən kapitalın sürətli gedişinə səbəb olacaq maliyyə kövrəkliyidir. FES ötən həftə əsas tarifi növbəti dəfə yüksəldərək bununla da məşğul olur. Üçüncü, ən tutqun “qara bulud”  – bu, “son bir neçə onillikdə ticarət münasibətlərini tənzimləyən sistemi sarsıtmaq cəhdidir” ki, bu da “kapital, xidmət və malların hərəkətinə son qoyacaq”.

 

Hər on ildən bir böhran baş verir, vaxt yetişib

 

Dünya Bankının ekspertləri tam mənasilə iyunun başlanğıcında öz qatran paylarını əlavə ediblər. Onların fikrincə, 2018–2019-da dünya iqtisadiyyatındakı durum bütövlükdə nikbinlik doğursa da,  geriləmə hər an baş verə bilər. Onlar yada salırlar ki, dünya iqtisadiyyatının artrımı üzrə proqnozlar həmişə dedikcə nikbindir, əvvəlki dünya böhranını öncədən heç kim görməyib. Başqa bankın – “Citigroup”un ekspertləri göstərirlər ki, artım hələ geriləmənin olmadığını bildirmir: böhranlı 2008-ci ildə dünya artımı 1,8% təşkil edib, buna görə də hazırda dünya iqtisadiyyatı 2%-dən az artsa, onda bunu cəsarətlə geriləmə saymaq olar. Dünya Bankının iqtisadçıları on ildən bir baş verən iqtisadi böhranın dövriliyindən çıxış edirlər. Son böhran 2008-2009-da olub, buna görə də yenisi üçün vaxt tam zamanında yetişib. Keçən dəfələr habelə 1975, 1982 və 1991-ci illərdə böhran baş verib. 1974-1975-ci illər böhranı – savaşsonrası ilk çöküş idi və OPEK üzvlərinin “sədəqəsiylə” energetik böhrandan başlanıb. Energetik böhran on milyonlarla işdən azad edilənlərə, əhalinin gerçək gəlirlərnin azalmasına dönüşən iqtisadi böhrana sürətlə keçib. Beləcə tezliklə bütün dünyaya yayılıb. Düzdür, bu böhran SSRİ üçün yeni imkanlar açıb – ölkə məhz o zaman öz neftini Qərbə ixrac etməyə başlayıb.

Böhran 1982-ci ildə xarici borcunu ödəmək iqtiradında olmayan Meksikanın defoltu başlanıb, başqa 12 ölkə onun nümunəsini izləyib. Və yeri gəlmişkən, bu cür durumu ABŞ-ın sərt pul siyasətinə keçən FES törədib. ABŞ onilliyin sonunda borcların yenidən quruluşlandırılması üçün “Bredi planı” üzrə borclularla saziş bağlayaraq eyni zamanda xilaskar kimi də çıxış edib. Böhran başa çatıb və bu ölkələrin hamısı onları oyuncaq kimi fırlada bilən Vaşinqtondan daha çox asılı olub.

Və, əlbəttə, 1991-də SSRİ-i yaxalayan valyuta böhranı. Ölkədə valyuta ehtiyatları qurtarıb, xaricdə heç kim dollarla kredit verməyib, neft hasilatı azalmağa başlayıb, mövcud borcları ödəməyə pul olmayıb. Nəticə kimi – idxalatın azalması, iqtisadiyyatın və bütünlükdə ölkənin dağılması.

Nobel mükafatçısı Pol Kruqman bu zaman indiki durumu 1997-1998-ci illərdə ardınca Rusiyanın defoltu gələn Asiya böhranıyla tutuşdurub. Onun fikrincə, bu dəfə yenə də birinci növbədə inkişaf etməkdə olan ölkələr əziyyət çəkəcək. Hər şey çox sadədir: onların valyutasının zəifləməyi davam edəcək, şirkətlərinin borcu hansısa anda götürülməz olacaq və bunlar ölkənin bütün iqtisadiyyatını batıracaq.

 

Rusiya yeni böhrana hazırdırmı?

 

Rusiyanın hazırlığına gəlincə, Mixail Xazin hesab edir ki, Rusiya hökuməti situativ reaksiya verəcək. Onun fikrincə, Rusiyanın ehtiyat toplaması da, ABŞ-ın istiqraz xəzinəsinə  yatırımların ikiqat azalması çətin dövrlərə hazırlıqdan heç də xəbər vermir. İqtisadçı deyir: “Rusiyanın ehtiyat yığması dünya dollar sisteminin likvidliyini saxlamaq üçün edilir, Kristin Laqrad (BVF başçısı) bunu Sankt–Peteburq iqtisadi forumunda növbəti dəfə izah edib. Əlbəttə, dumanlı, amma məncə, tamamilə inandırıcı şəkildə. Və hətta ABŞ dövlət istiqrazlarına Rusiya yatırımının azalması da heç nə ifadə etmir. Biz bu vəsaitləri dollardan avroya keçirmişiksə, nə fərqi var, axı avro dollara nisbətdə törəmə valyutadır”.

Laqard PBİF-2018-də makroiqtisadiyyat sahəsində ən yaxşı planlardan birinin gerçəkləşdirilməsinə görə Rusiyanı tərifləyib. O deyib: “Qara gün üçün özəl əmanət fondu, üzən valyuta kursu, inflyasiya  targetləşməsi (pul-kredit siyasəti rejimi-red.), habelə bank sisteminin möhkəmləndirilməsi və sağlamlaşdırılması var”.

Lakin Nikita Maslennikov Maliyyə Nazirliyinin marağıyla valyuta alan RF Mərkəzi Bankı tərəfindən beynəlxalq rezervlərin artırılmasına anlayışla yanaşır. “Bunu böyük miqdarda alır  – gündə 19 milyard rubl. Bu, ciddi həcmdir. Amma sual doğur: bəs bu bizim nəyimizə gərəkdir? Cavab mənə aydındır. Biz Milli Rifah Fondunun ÜDM-in 7%-i qədər dolması  normativinə mümkün qədər tez yetməyə can atırıq, bundan sonra bütün yuxarı vəsaitləri daxili ehtiyaclara, yatırımlara, may göstərişlərinin icrasına xərcləyə bilərik”.

Maslennikov deyir: “Bizim MB və Maliyyə Nazirliyi riskləri (dünya geriləməsini-Vzqlyad) anlayır. Durum bizi pis vəziyyətdə qoymasın deyə beynəlxalq rezervləri çoxaldırıq. Bu, gərəkdiyi halda antiböhran tədbirlərinə sərf etmək mümkün olası təhlükəsizlik balıncıdır. Beynəlxalq rezervləri çəkmək üçün açıqca rublun zəifləməsinə gedirik ki, bu da ixracatçılarımızı dəstəkləmək imkanı verir – özü də təkcə neft-qaz deyil, həm də aqrar məhsul, silah, Rusiya softu (kompüter texnologiyası-red.) ixracatçılarını”.

Baş nazirin birinci müavini və maliyyə naziri Anton Siluanov boynuna alıb ki, büdcə qaydası olmadan “indi daxıla yığmasaydıq, bizdə kurs 50 rubldan bir az çox olardı”.

Lakin Rusiya Milli Ruifah Fondunu doldurur: bu kursun sabitliyini təmin edir və Rusiya biznesi üçün gözlənilən şərait yaradır. Rublu zəiflətməsəydilər, “kənd təsərrüfatımız və bir sıra sahələr özünü tamamilə başqa cür hiss edərdi”. Siluanov qeyd edib: “Və bu şəraitdə idxal mal axını bazarımızı doldurardı, sahələrimizin rəqabət qabiliyyəti kəskin şəkildə azalardı, di bizim biznes üçün hansı gözlənilənlik olardı?”

Mərkəzi Bankın başçısı Elvira Naibullina da bəzi deputatların sosial-iqtisadi inkişaf üçün ölkənin daxili vəzifələrin həllinə yönəltməyi təklif etdikləri qızıl-valyuta ehtiyatlarının müdafiəsində durub. Naibullina hesab edir: “Qızıl-valyuta ehtiyatları ona görə lazımdır ki, iqtisadiyyatımızı xarici risklərdən qoruyaq, idxalatı təmin edək, çünki idxal başqa valyuta ilə ödənilir, qızıl-valyuta ehtiyatları ehtiyat valyutalarda saxlanır”.

Qızıl-valyuta ehtiyatları 461,2 milyard dollaradək çoxalıb.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 277




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap