Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dünyanın ən “ağıllı” şirkətlərinin reytinqi dərc olunub – SİYAHI

Tarix 03.07.17, 18:08

Font ölçüsü : - / +
bitmap-img6


“MIT Technology Review” nəşri dünyanın ən “ağıllı” – fəaliyyətində innovativ texnologiyaları və biznesin aparılması üzrə effektiv modeli daha yaxşı birləşdirən şirkətlərin reytinqini dərc edib.

AZƏRTAC xəbər verir ki, məlumata görə, birinci yeri “Nvidia” qrafik sürətləndiricisi və prosessorlar istehsalçısı tutub. Sonrakı yerlərdə “SpaceX” kosmik texnika istehsalçısı, “Amazon” internet mağazası və “23andMe” bioloji şirkəti qərarlaşıb.

Liderlər beşliyini “Google” axtarış sisteminin sahibi “Alphabet” holdinqi tamamlayıb. Həmçinin siyahıda “Intel” (13-cü yer), “Apple” (16-cı yer), “Facebook (23-cü yer), “Microsoft” (27-ci yer), “Tesla” (31-ci yer), “Foxconn” (33-cü yer), “Adidas” (38-ci yer), “IBM” (39-cu yer), “Alibaba” (41-ci yer), “HTC” (42-ci yer) və “Baidu” (50-ci yer) şirkətləri yer alıb.

Reytinqdə əsasən, ABŞ, Çin və Avropa şirkətləri təmsil olunub. 50 aparıcı şirkət siyahısına, həmçinin Argentina (MercadoLibre onlayn mağazası), Nigeriya (Jumia internet platforması) və Keniya (günəş elektrikləşdirmə sistemlərinin satışı ilə məşğul olan M-KOPA şirkəti) şirkətləri də daxil olub.



Xəbərin oxunma sayı : 178




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap