Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Dünyanın ən balaca raketi “Ginnesin rekordlar kitabına” daxil edildi

Tarix 29.04.18, 3:24

Font ölçüsü : - / +
bitmap-img6


Yaponiya istehsalı olan dünyanın ən balaca SS-520 raketi "Ginnesin rekordlar kitabına” daxil edilib.

AzFakt.com Azərtac-a istinadən xəbər verir ki, cari ilin fevralında kosmosa buraxılan dünyanın ən balaca SS-520 raketinin hündürlüyü 9,5 metr, diametri 50 santimetr, ağırlığı isə 2,6 tona bərabərdir. Bu raket süni peyki orbitə çıxarmaq qabiliyyətinə malikdir.

SS-520 hazırda kosmosda istifadə edilən uçuş aparatlarının ən balacasıdır. Belə ki, H2A raketinin hündürlüyü 50 metrə, ötən ilin sonunda kosmosa buraxılan "Epsilon” miniatür raketinin hündürlüyü isə 25 metrə bərabərdir. Onun orbitə çıxardığı süni peykin parametrləri 11,66 x 11,6 x 34,6 santimetr, çəkisi 3 kiloqramdır.

Raketin və süni peykin ölçüləri hazırlıq və buraxılma işlərinin məsrəflərini on dəfələrlə azaltmağa imkan yaradıb. Yeni raketin ümumi maya dəyəri 400 milyon yen (təqribən 3,47 milyon dollar) təşkil edib. Bu, ənənəvi raketlərə, məsələn ümumi dəyəri 1 milyard yenə (təqribən 100 milyon dollara) bərabər olan H2A raketinə tələb olunan məsrəflərdən yüz dəfələrlə azdır.



Xəbərin oxunma sayı : 682




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap