Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dünyanın ən hündür heykəli Hindistanda ucaldıldı – FOTO

Tarix 31.10.18, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Hindistanın Baş naziri Narendra Modi dünyada ən hündür heykəlin – Hindistan milli azadlıq hərəkatının liderlərindən biri, dövlət xadimi Villabhai Patelin (1875-1950) abidəsinin açılışında iştirak edib.

Trend-in məlumatına görə, Hindistanın şimal-qərbində, Qucarat ştatında açılışı olan heykəl rəsmi olaraq “Birlik abidəsi” adlandırılıb. Heykəlin hündürlüyü 182, postamentlə birlikdə ümumi hündürlüyü isə 240 metr təşkil edir. Bu, Nyu Yorkdakı Azadlıq heykəlindən təqribən 2 dəfə böyükdür. Abidənin müəllifi tanınmış hindistanlı heykəltəraş Ram Vanci Sutardır.

Heykəlin tikintisi 33 ay çəkib. Patelin fiqurunun içində iki sürətli lift quraşdırılıb. 150 m yüksəklikdə isə eyni vaxtda 200 turist qəbul etmək olur. Abidənin ayaq hissəsində siyasətçiyə həsr olunmuş muzey yaradılıb.

Abidənin inşası üçün ümumilikdə 210 min kubmetr beton, 18,5 min ton metal konstruksiya, o cümlədən 6,5 min ton polad armaturdan istifadə olunub. Heykəl sürəti 180 km/s-dək olan qasırğalı küləyə və 6,5 maqnitudalı zəlzələyə davamlıdır.





Xəbərin oxunma sayı : 214




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap