Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Dünyanın ən varlı adamları : Vahid Ələkbərov 104-cüdür

Tarix 06.03.17, 20:27

Font ölçüsü : - / +
bitmap-img6


«Bloomberg» agentliyi dünyanın ən varlı adamlarının siyahısını dərc edib. Siyahıya yenə «Microsoft»un yaradıcısı, ABŞvətəndaşı Bill Geyts başçılıq edir. Onun 85.6 milyard dolları var. «Bloomberg» B.Geytsin varını göstərməklə yanaşı, 2014-cü ildə«Reddit» saytına dediklərini də xatırladır. Sayta müsahibəsində milyarder qablarını hər axşam özünün yuduğunu deyibmiş.

İkinci yerdə yenə ABŞ vətəndaşı, «Berkshire Hathaway» sərmayə şirkətinin rəhbəri və ən böyük payçısı Uorren Baffet dayanır, sərvəti 78.9 milyard dollardır.

3-cü yerdə dünyanın ən böyük onlayn ticarət şirkəti «Amazon»un rəhbəri Jeff Bezos (73.5 milyard dolları var), 4-cü yerdə pal-paltar ticarətiylə məşğul olan ən iri şirkət «Inditex»in səhmlərinin yarıdan çoxuna sahib olan Amancio Ortega (69.3 milyard dollar), 5-ci yerdə isə dünyanın ən geniş sosial şəbəkəsi Facebook-un yaradıcılarından biri və icraçı direktoru Mark Zukerberg (59.1 milyard dollar) durub.

Siyahıda əslən azərbaycanlı iş adamlarından yenə Vahid Ələkbərovun adı var. 11.4 milyardlıq sərvətiylə 104-cü yeri tutan V.Ələkbərov Rusiyanın ikinci ən böyük neft şirkəti «LukOil»un prezidentidir. O, həmçinin enerji, bank, inşaat sahəsi və mətbuata sərmayə qoyan «IFD Kapital»da səhmlərin 25%-nə sahibdir.



Gürcüstanın hakim «Gürcü arzusu» partiyasının təsisçisi, milyarder Bidzina Ivanishvili dünya varlılarının siyahısında 276-cı yerdədir. «Bloomberg» onun var-dövlətinin 5.52 milyard dollara çatdığını yazır.

Erməni əsilli Samvel Karapetyan 4.36 milyard dollarlıq sərvətiylə 394-cü yerdə dayanır. S.Karapetyan Moskvada əmlak biznesiylə məşğul olan«Tashir» şirkətlər qrupunun yaradıcısı, nəzarət paketinin sahibidir.

Siyahıda rus milyarderlərindən bir neçəsi var: Leonid Mixelson 17.5 milyard dollarla 47-ci, Vladimir Potanin 16.6 milyard dollarla 51-ci, Alexey Mordaşov 16.5 milyard dollarla 54-cü, Viktor Vekselberg 14.8 milyard dollarla 62-ci, özbək əsilli Əlişir Usmanov isə 13.9 milyard dollarlıq sərvətiylə 70-ci yerdədir. Tanınan adlardan «Açıq cəmiyyət» nəzəriyyəsinin təmsilçisi, Soros Fondunun sahibi Corc Soros 25.2 milyard dollarlıq varıyla siyahıda 27-ci yeri tutur.

«Giorgio Armani» moda evinin yaradıcısı və sahibi Giorgio Armani dünyanın ən varlı adamlarının siyahısında 165-ci yerdə dayanır. Onun sərvətinin dəyəri 7.95 milyard dollardır. İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi də dünyanın ən varlı şəxslərindəndir. Var-dövləti 7.25 milyard dollara çatan S.Berlusconi siyahıda 187-ci yerdədir.

Virtualaz.org





Xəbərin oxunma sayı : 139




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap