Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Dünyanın ən yaxşı bombardiri

Tarix 28.12.16, 19:59

Font ölçüsü : - / +
bitmap-img6


2016-cı ilin ən məhsuldar futbolçusu açıqlanıb


AzFakt.com apasport.az-a istinadən xəbər verir ki, beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il başa çatan çempionatların yüksək liqalarında ən çox qol vuranların yekun siyahısını tərtib edib.

Planetin ən yaxşısı adına Luis Suares sahib olub. "Barselona"nın heyətində İspaniya çempionatında 40 qol vuran futbolçu 3-cü dəfə bu titula yiyələnib. O, 2010-cu ildə "Ayaks", 2014-cü ildə "Liverpul"un heyətində dünyanın ən məhsuldar hücumçusu olub.
 
Suares 2-ci olan Zlatan İbrahimoviçdən (PSJ) 2, ilk "üçlüy"ü qapayan Qonzalo İquayndan ("Napoli") 4 top öndədir. Kriştianu Ronaldu ("Real") 35 qolla 4-cü, Conas ("Benfika") 32 qolla 5-cidir. Eran Zahavi ("Makkabi" Təl-Əviv) 31, Robert Levandovski ("Bavariya") 30 dəfə fərqlənməklə ön sıralardadır.
 
Azərbaycan çempionatının ötən mövsümünün bombardiri Dani Kintana 15 qolla siyahıdan kənarda qalıb. "Qarabağ"ın ispaniyalı legionerinin yer almadığı cədvələ 24 və daha çox qol vuranlar daxil olublar.
 
Qeyd edək ki, Suares 3 dəfə, həm də üç fərqli klubla planetin ən yaxşı bombardiri olan ilk futbolçudur. O, 2 dəfə bu uğuru qazanan Kriştianu Ronaldu, Lionel Messi və Mario Jardeli arxada qoyub.



Xəbərin oxunma sayı : 220




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap