Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dünyanın ən yaxşı hotelləri məlum oldu - Siyahı

Tarix 16.05.22, 8:41

Font ölçüsü : - / +
bitmap-img6


Kosta-Rikada yerləşən “Tulemar Bungalows&Villas” mehmanxanası beynəlxalq “Səyahətçilərin seçimi - 2022” mükafatına layiq görülüb.

Mehmanxana dünyanın ən yaxşı hoteli seçilib.

“Tulemar Bungalows&Villas” Sakit okeana baxan bir təpənin yamacında, cəngəllikdə yerləşir.

O, yerləşdiyi ərazi ilə yanaşı, turistləri xidmət səviyyəsi, təmizliyi və təbii mənzərələri ilə cəlb edir.

Siyahıda ikinci yerdə Qramadoda (Braziliya) yerləşən “Colline de France” hoteli qərarlaşıb. Hotelin qonaqları müəssisənin üslubunu qeyd edərək, onu dünyanın ən romantik hotelləri siyahısında birinci yerə qoyublar. Qonaqlar işçi heyətini də yüksək qiymətləndiriblər.

Üçüncü yeri Yunanıstandakı “İkos Aria” tutub. Beşulduzlu hotel geniş qumlu çimərliyi, təmiz dənizi və gözəl mənzərələri ilə turistlərin qəlbini fəth edib.

Ən yaxşı hotellər arasına Maldiv adaları, İndoneziya, İsveçrə, Türkiyə, İspaniya və Misirdəki bir neçə hotel də düşüb.

Qeyd olunur ki, reytinq dünyanın müxtəlif ölkələrindən olan səyahətçilərin il ərzində “TripAdvisor” saytında yazdığı milyonlarla şərh və rəylər əsasında tərtib edilib.

Mənbə: lenta.ru



Xəbərin oxunma sayı : 682




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap