Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Dünyanın ən yoxsul və yaxud ən səxavətli prezidenti – Xose Muxika

Tarix 19.08.18, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


İnsanlıq tarixindəki dövlət başçıları içində tamah dişini çəkmiş, mala, pula susamayan adamlar, demək olar, çox az olub…

Birinin mərtəbə-mərtəbə villaları (bəzən isə bir neçə ölkədə), birinin sıra-sıra bahalı  maşınları, birinin ofşor hesablarda milyon və milyardları… Biri narkoman, biri adamyeyən (hannibal), biri şorgöz, bir sadist.. Ümumiyyətlə, prezidentlər ən əcaib və ən rəngarəng naturalar sərgiləməkdə bir-birindən geridə qalmayıblar (və qalmırlar da) …

Amma düzünü desək, prezident kürsüsünü tərk edəndə “iynəsini yaxasına taxıb gedən” prezidentlər az-az olub – bir-iki nəfəri zorla saymaq olar… Düzdür, ABŞ-ın keçmiş prezidenti Bill Klinton da gileylənib ki, “prezidentlikdən gedəndə 16 milyon dollar borcum var idi”…

Ən antikvar əşya kimi ələdüşməz nadir, kasıb prezidentlərdən söz açsaq… biri bizim Əbülfəz Elçibəy – dünyasını dəyişəndə yaşadığı evin kommunal borcları iki min manatı keçirdi və bildiyimizə görə, bu borcu onun türkiyəli dostları ödəyib… ailəsinin imkanı çatmayıb….

O biri isə… o biri Uruqvayın “El Pepe” ayamalı keçmiş prezidenti Xose Muxikadır.  Bu zahid prezident necə yaşayıb və ümumiyyətlə, iqtisadi böhran zamanı əsil dövlət başçısı necə yaşamalıdır?


Partizan gəncliyi


Muxikanın Latın Amerikası üçün adidən adi yaşam tarixçəsi var –   gəncliyində partizan olub, məşhur inqilabçı, bir vaxtlar MKİ-nin birnömərli düşməni sayılan əfsanə Çe Gevaranı şəxsən tanıyıb. Cavan Xosenin üzv olduğu “Tupamaros” radikal-solçu hərəkatın fikri-zikri terrorizm idi. Partizanlar məmurları və biznesmenləri oğurlayır, bankları qarət edir və növ-növ “birbaşa fəaliyyət”lə məşğul olurdular. Təbii ki, yerli hökumət inqilabçıları ələ keçirir və həbsə atırdı. Muxika da bundan yayına bilməyib – 14 il həbsdə əyləşib… Nə etməli, zəmanə beləydi. Ümumiyyətlə, terrorun çeşid-çeşid növləri o dövrdə Latın Amerikasının, xüsusən də Uruqvayın siyasi həyat formasıydı. Amma 1985-də “Tupamaros” car çəkdi ki, silahı yerə qoyaraq mübarizəni siyasi axara keçirir. Tezliklə ölkə parlamentinə daxil olan “Xalq iştirakı hərəkatı” belə meydana çıxdı. Və keçmiş partizan Xose Muxika siyasətçiyə çevrildi. Çevrildi, amma köhnə partizan suyumu üstündən getmədi…Partizan ki partizan…


Siyasi yüksəlişi


Muxika 2005-də ölkənin heyvandarlıq, əkinçilik və balıqçılıq naziri vəzifəsinə təyin edilib, sonra senator da olub. “Geniş cəbhə” koalisiyası isə 2009-da onu prezidentliyə namizəd verib. Və Xose heç kimin gözləmədiyi halda qalib gəlib.

O, ölkə prezidenti kimi maddi rifaha sahib ola bilərdi. Maşın, kortej, cah-cəlallı, qulluqçularıyla prezident iqamətgahı, imtiyazlar, güzəştlər.. Amma köhnə partizan El Pepe bunlardan imtina edərək bütün ictimaiyyəti şoka saldı. Arvadının  Montevideonun ətrafındakı sadə evində yaşamağı prezident iqamətgahından üstün tutdu. Əvvəlcə heç maşını da yox idi. Amma olmur axı – prezident maşınsız ötüşə bilməz. Muxika buna görə xərcə düşməli oldu – adamın inanmağı gəlmir: 1945 ABŞ  dollarına 1987-ci il buraxılışlı “Folksvagen Juk” aldı. Bu onun prezidentlik müddətində ən böyük alqısı sayılır.


Maaşdan imtina edib


Uruqvay prezidenti istənilən başqa ölkənin başçısı kimi yaxşı maaş alır. Xose Muxika da alırdı – ayda 12 500 dollar. Amma El Pepe və ondan geri qalmayan xanımı götür-qoy edərək qərara gəlirlər ki, onlara 1250 dollar gen-bol bəs edər və maaşın qalanını xeyriyyəçiliyə sərf edirlər. “Bu pul mənə tam bəs edir, – El Pepe izah edib, – bəs etməlidir, çünki uruqvaylıların çoxunun gəliri bundan xeyli aşağıdır”.



Amma El Pepe özünün tərki-dünya həyatını heç kimə zorla sırımazdı. Hamının kasıb yaşamalı olduğunu düşünən alovlu inqilabçılardan deyildi. Sadəsə, bir prezident kimi ortaimkanlı vətəndaşdan yaxşı yaşamaq istəmirdi.

Muxika müsahibələrin birində gülə-gülə nağıl edirdi: “Adamlardan özümün yaşadığım kimi yaşamağı xahiş etsəydim, onlar məni öldürərdilər”.

Uruqvaylılar prezidentin həm zahidliyini, həm də qarayaxa olmamağını dəyərləndirir və ona hörmətlə “el presidente más pobre” – “ən kasıb prezident” deyirdilər.



Amma El Pepe bu ayamanı çox da xoşlamır. “Mən ən kasıb prezident deyiləm. Ən kasıb adam – yaşamaq üçün hədsiz dərəcədə çox şey gərəkən adamdır. Mənim həyat tərzim mənim yaralarımın nəticəsidir. Mən öz tariximin oğluyam. Əvvəllər özümü sadəcə ona görə dünyada ən xoşbəxt adam hiss edirdim ki, döşəyim var idi”.

Uruqvaylılar Muxikaya təkcə oğurluq və korrupsiyaya meylsizliyinə görə deyil, həm də sosial islahatlarına görə minnətdardırlar. Onun bütün islahatları “istədiyin kimi yaşa, başqalarına da yaşamağa mane olma” prinsipinə əsaslanıb.


Prezidentlikdən fermerliyə


Muxikanın prezidentlik müddəti 2015-də bitib – Uruqvay konstitusiyası prezidentliyə iki dəfə dalbadal namizəd olmağı qadağan edir.

El Pepe artıq cavan da deyil – zarafat deyil, 82-i haxlayıb.

Prezidentlikdən gedəndən sonra üç traktor alıb ki, fermerliklə məşğul olsun.  Bütün təsərrüfat işlərini xanımıyla birlikdə əllə görür.

Hökumət onun evini qorumaq üçün iki polis ayırıb. İki polis və sevimli üçayaqlı iti onun rahatlığının keşiyini çəkir. Xose Muxika üçün ən qiymətli əşyalar atasından qalma çəkiç və beldir: “Bunlar yerüzündə vur-tut əhəmiyyətisiz şeylərdir, amma mənim üçün çox qiymətlidir”.

 Strateq.az





Xəbərin oxunma sayı : 493




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap