Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dörd şagirdli məktəbin müəllim-direktoru təəssüratlarını danışdı - FOTOLAR

Tarix 06.10.22, 10:36

Font ölçüsü : - / +
bitmap-img6


Məleykə İbrahim qızı Abbasova Qusarın Nəcəfkəndoba kənd orta məktəbinin həm müəllimi, həm də direktorudur.

Məleykə xanım Bizim.Media-ya bildirib ki, məktəbdə 1-ci, 2-ci və 3-cü sinif şagirdləri üçün komplektləşdirilmiş bir sinif və cəmi 4 şagird var. 

Məleykə müəllimə 2019-cu ildə Azərbaycan Pedaqoji Universitetinin Quba filialının “ibtidai təhsil metodikası” fakültəsini bitirib. 

2020-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edib və müsabiqədən uğurla keçərək Qusarın Nəcəfkəndoba kənd ibtidai məktəbinə təyinat alıb. 

O, ucqar kənddə işləməyin çox maraqlı olduğunu qeyd edib: 

“Düzdür, çətinliklər var,məktəbdə şərait o qədər də yaxşı  deyil, informasiya texnologiyalarından uzağıq, amma,adam burda rahat olur, darıxmır. Balacaların üzündəki təbəssüm və saf baxışları adamın öyrətmək həvəsini daha da artırır. İnsan özü burda həm həyat sürür, həm bilik öyrədir, bununla yanaşı özü də həyatı öyrənir”. 

Tədris zamanı  dərsi şagirdlərə mükəmməl izah etməyi prioritet hesab edən gənc müəllim yeri gələndə müxtəlif üsullardan istifadə etməyi də unutmur.  

Müəllim deyir ki, özü ləzgi olduğundan ləzgidilli uşaqlara dərs keçmək çətin olmayıb: 

“Amma bu, əsas deyil. Mən müsabiqə nəticələrinə görə diğər rayonların ucqar kəndlərinə yollansaydım belə, balacalara eyni həvəslə dərs keçərdim. İşləyən müəllim üçün məkanın və kəndin heç bir fərqi olmamalıdır.Əsas peşəni sevməli və üzərində işləməlisən ki, qarşındakı balacalar səndən çox şey öyrənə bilsin”. 

Məleykə Abbasova Qusarın Piral kəndində  doğulub, işlədiyi kənd doğulduğu kənddən 25 kilometrdən artıq məsafədə yerləşdiyindən dövlət tərəfindən 190 manat məbləğində həvəsləndirici vəsait alır, bu vəsaiti isə o, kirayə mənzil haqqı üçün ödəyir.

Qusarın 26 yaşlı gənc müəllimi və direktoru paytaxtda qalıb rahat iş axtaran gənc həmkarlarına da səslənərək onları rayonda işləməkdə daha maraqlı olmağa çağırdı. 







Xəbərin oxunma sayı : 355




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap