|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Dövlət şirkətləri niyə büdcəni “yeyir”? – Onlar buna öyrəşiblər
Tarix 08.08.20, 11:50 |
|
Azərbaycanda dövlət şirkətlərinin itkilərə yol verməsi, zərərlə işləməsi yenidən gündəmə gəlib. Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı ötən gün keçidiyi videoformatda müşavirədə dövlətə məxsus səhmdar cəmiyyətlərinin fəaliyyətini kəskin tənqid edib, başqa sözlə, onları büdcənin “pulsoran”ına çevrilməkdə günahlandırıb. Dövlət başçısının sözlərinə görə, dövlət şirkətləri kəsirlərinin büdcə vəsaitləri hesabına bağlanacağına öyrəşiblər.
“Səmərə hardadır?”
“Dövlət şirkətlərinin ödədiyi vergilərlə onlara verilən subsidiyalar və birbaşa investisiya qoyuluşu arasında böyük fərq var. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən.
Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – “Azərbaycan Hava Yolları”nın (AZAL) bütün təyyarələrini dövlət alıb. Bütün aeroportları dövlət tikib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? “Azərbaycan Dəmir Yolları” da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”, - dövlət başçısı qeyd edib.
“Sosialist iqtisadi modelində işləyirlər”
“Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub.
Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri elə bil ki, sosialist iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz”, - deyə İ.Əliyev vurğulayıb.
Yeni idarəetmə sistemi gəlir
Prezidentin sözlərinə görə, artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar: “Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam”.
Yığılmış zərər milyardlarla manatla ölçülür
Dövlət şirkətlərinin açıqladığı maliyyə (audit) hesabatlarına əsasən deyə bilərik ki, onların yığılmış zərərləri milyardlarla manatla ölçülür. Məsələn, İ.Əliyevin adını çəkdiyi “Azərenerji” ASC-nin 2018-ci ilin yekununda 2 333 milyon manatdan çox yığılmış zərəri olub (2019-cu ilin maliyyə nəticələri hələ ki, məlum deyil). Bu, 2017-ci ilin yekunu ilə müqayisədə 10% çoxdur. Başqa sözlə, səhmdar cəmiyyətinin nizamnamə fonduna qoyulmuş 1 760 milyon manat vəsait dağıdılıb, onu müflis olmaqdan isə 1 762 milyon manatlıq əlavə investisiya qoyuluşu xilas edib.
“Azərenerji”nin istehsal etdiyi enerjinin əsas alıcısı – “Azərişıq” ASC-nin də yığılmış zərəri az deyil. Bu rəqəm 2019-cu ildə təxminən 17% artaraq 385 milyon manatı keçib. Baxmayaraq ki, son illər ölkədə elektrik enerjisi tarifləri bir neçə dəfə artırılıb. Əgər 10-15 il bundan əvvəl Azərbaycan vətəndaşları enerjinin hər kilovat/saatına cəmi 2 qəpik ödəyirdilərsə, hazırda bu rəqəm 7-11 qəpikdir. Odur ki, enerji müəssisələrinin zərərlə işləməsi istər-istəməz narahatlıq doğurur.
Təyyarə parkı daimi yenilənən, ABŞ-a uçuşlar həyata keçirməsi ilə fəxr edən AZAL da dövlətə xeyir vermir. Milli aviadaşıyıcı 2018-2019-cu illərin maliyyə nəticələrini açıqlamasa da, 2017-ci ilin yekununda onun 1 434 milyon manat zərəri olub. Bu isə 2016-ci ilin yekunu ilə müqayisədə təxminən 3% çoxdur.
Baxmayaraq ki, AZAL-la uçuş regionun digər ölkələrindən uçuşla müqayisədə xeyli baha başa gəlir və aviaşirkət sərnişin qıtlığı çəkmir. Bakı-Naxçıvan aviareysi üçün isə şirkətə dotasiya ödənilir. Dövlətın hesabına kapital qoyuluşu da öz yerində.
Son illər böyük investisiyaların axdığı “Azərbaycan Dəmir Yolları” QSC-nin də zərəri kifayət qədərdir. Qurum 2019-cu ilin maliyyə hesabatını verməsə də, 2018-ci ildə onun yığılmış zərəri təxminən 34% artaraq 1 476 milyon manata çatıb. Bu isə onun nizamnamə kapitalından (806 milyon manat) çoxdur və səhmdar cəmiyyəti 1 905 milyon manatlıq dövlət investisiyası hesabına ayaq üstə qalır. Halbuki, ötən illərdə Azərbaycanda dəmir yolları tarifləri də yerində saymayıb və təxminən 3 dəfə artırılıb. Məsələn, indi Bakıdan Böyük-Kəsiyə 10-15 il əvvəl olduğu kimi plaskart tipli vaqonda 2 manata getmək mümkün deyil və azı 5-6 manat ödəmək lazımdır.
“Bakı Metropoliteni” QSC də zərərlə işləyən dövlət şirkətlərindəndir. 2019-cu ildə onun yığılmış zərəri təxminən 13% artaraq 482 milyon manata çatıb. 2018-ci ildə metroda gediş haqqının təxminən 50% artırılaraq 30 qəpiyə çatdırılmasına baxmayaraq qurumun maliyyə vəziyyətində ciddi irəliləyiş olmayıb və hər il büdcədən 50 milyon manata yaxın dotasiya almaqda davam edir.
Nəqliyyat müəssisələri ilə yanaşı, kommunal müəssisələr də dövlətin üzərinə zərər yığmaqla məşğuldur. Məsələn, 2018-ci ilin yekununda “Azərsu” ASC-nin 6 385 milyon manat zərəri yığılıb ki, bu da 2017-ci ilin yekununa nisbətən təxminən 8% çoxdur (2019-cu ilin maliyyə nəticələri açıqlanmayıb). Nizamnamə kapitalı cəmi 400 milyon manat olan su-kanalizasiya təsərrüfatı qurumuna indiyə qədər 2 013 milyon manat əlavə kapital, 4 190 milyon manat dövlət investisiyası qoyulub. Baxmayaraq ki, 2017-ci ildən bəri Azərbaycanda əhaliyə satılan içməli suyun 1 kubmetrinin qiyməti təxminən 2 dəfə artırılaraq 35 qəpiyə, 1 kubmetr çirkab suyunun axıdılması xidmətinin qiyməti isə təxminən 4 dəfə artırılaraq 15 qəpiyə çatdırılıb.
İstifadə etdiyi elektrik enerjisinə, qaza və suya görə borclarının olmasa tez-tez gündəmə gələn “Azəristiliktəchizat” ASC da zərər içində üzür. 2018-ci ilin yekununda bu qurumun yığılmış zərəri 68 milyon manatdan çox olub. 2019-cu ilin maliyyə nəticələri isə hələ ki, məlum deyil.
“Korporativ idarəetmə yoxdur”
İqtisadçı-ekspert Samir Əliyev dövlət şirkətlərinin zərərlə işləməsini təbii sayır. Onun sözlərinə görə, bu, həmin şirkətlərin rəhbərlərinin dövlətə arxayın olmasından, bütün məsələlərdə təkbaşına qərar vermələrindən, başqa sözlə korporativ idarəetmənin mövcud olmamasından irəli gəlir: “Dövlət şirkətlərini idarə edənlərin hesabat verməli olduqları Müşahidə Şurası yoxdur. Halbuki, həmin qurum şirkətin İdarə Heyətini (İH) və Audit Komitəsini formalaşdırmalıdır, hər ikisi vaxtaşırı ona hesabat verməlidir. Azərbaycanda dövlət şirkətlərinin auditi onların İH sədrlərinin nəzarəti altında baş tutur, yəni daxili nəzarət yoxdur. Son nəticədə şirkətlərin niyə zərərlə işlədiyini soruşan olmur, onlar tez-tez büdcədən dotasiya və yaxud investisiya formasında dəstək alır, alınmış kreditləri, dövlət zəmanəti verildiyinə görə dövlət qaytarmalı olur”.
“Dövlət ən pis sahibkardır”
S.Əliyev hesab edir ki, dövlət şirkətləri bundan sonra da zərərlə işləməkdə davam edəcəklər: “Nə qədər effektiv idarəetmə qurulsa da, vəziyyət dəyişməyəcək. Dünya təcrübəsi göstərir ki, dövlət şirkətləri biznes yönümlü ola bilməz. Belə bir deyim var - dövlət ən pis sahibkardır. Odur ki, tədricən dövlətə məxsus təsərrüfat subyektləri ya özəlləşdirilməli, ya da özəl (yerli və yaxud xarici) şirkətlərə uzunmüddətli idarəetməyə verilməlidir. Bu halda dövlətin onlara xərc çəkməsinə, aldıqları kreditlərə zəmanət verməsinə ehtiyac qalmaz. Özəl şirkət lazımsız xərclərə yol verməyəcək. Demirik ki, bütün müəssisələr dövlətsizləşdirilsin. Məsələn, enerji istehsalı yenə də dövlətdə saxlanıla bilər, amma satış və paylama işi özəl sektora ötürülə bilər”. (Report.az)
Xəbərin oxunma sayı : 6412
Gündəm
Xəbərlər
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
TOP 10
ARXİV