Nigar Camal çimərlik geyimində - FOTOLAR “Qucaqlarda oturmamışam“ - Brilliant Dadaşova “Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO
Axtar
 
  • / Maqazin / — 07 Avqust 2020

    Nigar Camal çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 06 Avqust 2020

    “Qucaqlarda oturmamışam“ - Brilliant Dadaşova

  • / Maqazin / — 31 İyul 2020

    “Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli

  • / Maqazin / — 24 İyul 2020

    Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO

  • / Maqazin / — 23 İyul 2020

    Karantində ən çox nəyə pul xərclədilər? - Fotolar

  • / Maqazin / — 10 İyul 2020

    Pərvin Abıyeva: “Kişi axtarmıram” - VİDEO

Dövlət İmtahan Mərkəzi növbəti buraxılış imtahanları keçirib – Cavablar nə vaxt açıqlanacaq?

Tarix 02.07.20, 15:56

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar Daşkəsən, Gədəbəy, Tovuz, Şamaxı, Şəki, Bərdə, Ağcabədi, Ucar, Şirvan, Lerik və Qusarda olmaqla, ümumilikdə 11 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün 67 imtahan binası, 1072 imtahan zalı, 67 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1395 nəzarətçi – müəllim, 134 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən imtahanda hər hansı qayda pozuntusu (mobil telefon və s.) baş verməyib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyulun 3-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 1792

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda