Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dövlət İmtahan Mərkəzi yeni layihəyə start verdi –“Videodərs”lərdən necə yararlanmaq olar?

Tarix 22.01.19, 12:49

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sosialyönümlü yeni layihəyə start verilib.

AzFakt.com DİM-ə istinadən xəbər verir ki, layihəyə əsasən fənlər və V-VII sinifdən başlayaraq dərsliklərdə olan mövzular səsli formada – videomaterial, illüstrasiya, fotoşəkil və müxtəlif vasitələrdən istifadə etməklə “videodərs” formasında təqdim ediləcək.

Məlumata görə, “videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı mənbə olacaq:

“Həmçinin, valideynlər də övladlarının təlim prosesinə nəzarət və onlara kömək etmək üçün bu dərslərdən istifadə edə bilər. Bundan əlavə, belə vəsaitlərin müvafiq fənlər üzrə hazırlanıb təqdim olunması əvvəlki illərin məzunlarının da qəbul imtahanlarına səmərəli hazırlaşmalarına imkan yaradacaq. Layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V-VII siniflərdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “videodərs” formasında hazırlanacaq. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunacaq. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığcamlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verəcək”.

Məlumata görə, dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri var. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır: “Dərsliklərdəki materialların vizuallaşdırılması təkcə nəzərdə tutulan bilik və bacarıqların formalaşdırılmasına deyil, ümumilikdə fənnə maraq oyatmağa da yardımçı ola bilər. Videoçarxlarda mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir və beləliklə motivasiya yaradılır. Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdiriləcək”.

DİM-in açıqlamasına görə, artıq ingilis dili fənni üzrə V, VI, VII sinfə aid materiallar əsasında “videodərs”lər DİM-in “Youtube” kanalına yerləşdiriliib: “Fizika fənni üzrə materialların hazırlanması da yekun mərhələdədir. Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir. “Videodərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, müəllimlər metodik material kimi istifadə edə bilər.

“Videodərs”lər həm şagirdlər, abituriyentlər, həm valideynlər, həm də fənn müəllimləri üçün faydalı olacaq. Şagird və abituriyentlər bundan istifadə etməklə öz biliklərini təkmilləşdirə, mövzunu daha dərindən mənimsəyə biləcəklər. Yeni proqram əsasında ilk dəfə hazırlanan bu “videodərs”ləri tam mükəmməl hesab etmək olmaz. Sözsüz ki, dərslər zaman-zaman daha da təkmilləşdirilməli, forma və məzmunca mükəmməl səviyyəyə gətirilməlidir. Dərslərin sonrakı təkmilləşmə prosesində isə rəylər, qeyd və təkliflər son dərəcə vacib rol oynaya bilər”.

DİM bu işdə maraqlı hər kəsi videomaterialların təkmilləşməsinə yönəlmiş qeyd, təklif və arzularını bildirməyə dəvət edir: “Bu qeyd və təkliflər minnətdarlıqla qəbul olunacaq və yeni dərslərin hazırlanması zamanı nəzərə alınacaq. İrad və təklifləri [email protected] ünvanına göndərmək olar”.



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap