Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dövlət büdcəsində neftin qiyməti qaldırıla bilər – Maaşlarda da artım gözlənilir

Tarix 02.06.18, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


“Hazırda Azərbaycan nefti 2018-ci ilin dövlət büdcəsində pronozlaşdrırldığından təqirbən iki dəfə baha satılır. Əgər büdcədə neftin qiyməti 45 dollar götürülübsə, hazırda Azərbaycan nefti dünya bazarında 80 dollar civarında satılır. Buda büdcəyə böyük həcmdə əlavə gəlirlərin daxil olması deməkdir. Bu da öz növbəsində büdcə gəlirlərində ciddi fərqlərin yaranmasına gətirib çıxarır. Bu amil büdcəyə yenidən baxılmasını zəruri edir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Deputat bildirib ki, büdcəyə dəyişikliyi zəruri edən ikinci amil isə 2018-ci ilin mart-may aylarında dövlət büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasıdır.

“Hələ birinci variantda maaşların artırılması üçün 600 milyon manat əlavə vəsaitə ehtiyac var idi. İndi bu vəsait struktur dəyişikliyi hesabına olacaq, yoxsa əlavə vəsatin cəlb edilməsi ilə? Bunu demək çətindir. Ola bilsin neftdən gələn əlavə gəlirlər hesabına əməkhaqqlarına vəsait ayrılsın. Bunlar müzakirə obyektidir. Bütün bu deyilənlər 2018-ci ilin büdcəsinə baxılacaq dürüstləşdirilməsini zəruri edir. Ona görə də iyun ayında məsələyə baxıla bilər”.

Ə.Məsimli deyib ki, əgər büdcəyə baxılarsa neftin büdcədə proqnozlaşdırıldığı 45 dollar həcmi 10-15 dollar qaldırıla bilər.

“Belə bir praktika olub. Elə 2017-ci ilin büdcəsinə zamanı neftin qiyməti 25 dollar götürülsə də neftin qiyməti proqnzlaşdırıldığından baha oldu.

Qiyməti dəyişdirilərək 40 dollara qaldırıldı. Hazırda büdcədə neftin qiyməti 45 dollar nəzərdə tutulsa da real olaraq bazarda neftin qiyməti 80 dollar civarındadır. Bu da nəzərdə tutulduğundan təqribən iki dəfə çoxdur. Odur ki, məsələyə baxıb neftin qiymətini büdcədə 55-60 dollar həcmində götürmək olar. Bu məqbul variantdır”.

Qeyd edək ki, Milli Məclisin iyun ayında keçiriləcək növbədənkənar iclasında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq.



Xəbərin oxunma sayı : 610




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap