Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Dövlət Gömrük Komitəsi açıqlama yaydı –Şirkətin iddiaları ilə bağlı

Tarix 14.05.19, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


Gömrük Komitəsi süni qiymət artırılmasına yol verilməsi ilə bağlı iddialara cavab verib 

AzFakt.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi  “Forever Living Products Azərbaycan” MMC-nin ölkə ərazisinə idxal etdiyi malların invoys qiymətlərinin gömrük orqanları tərəfindən süni şəkildə artırıldığı, qida əlavələri mal mövqeyi üzrə idxal edilən malların dərman vasitəsi kimi rəsmiləşdirilməsinin tələb olunduğu barədə iddiaları belə cavablandırıb:

“Həmin malların rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin aşağı göstərilməsinə dair əsaslı şübhələr yarandığından nümunələr əsasında ekspertizalar təyin edilib və digər araşdırmalar aparılıb. Nəticələr gömrükçülərin şübhələrini təsdiqləyib və malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. Qida əlavəsi kimi idxal edilən malların gömrük orqanları tərəfindən dərman vasitəsi olaraq bəyan edilməsinə dair tələbi isə ümumiyyətlə həqiqətə uyğun deyil. Həmin mallar gömrük orqanının ekspertizanın nəticələrinə görə müəyyən etdiyi dəyərlə qarşı tərəfin razılığı əsasında qida əlavəsi kimi bəyan olunaraq rəsmiləşdirilib.

Araşdırma prosesi başa çatana qədər idxalatçının əlavə ödəmələrə məruz qalmamasını təmin etmək məqsədilə mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında birbaşa “Forever Living Products Azərbaycan” şirkətinin anbarına boşaldılaraq saxlanılıb. Bu qəbildən olan və gömrük orqanlarının fəaliyyətinə kölgə salan məlumatları, yazı və reportajları qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac görmədən yayımlayanların isə diqqətinə çatdırırıq ki, həmin məlumatların sonuna əlavə edilən “qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq” kimi bir cümləlik ifadələr “obyektivliyin” təmin olunması və ya balanslaşdırılmış xəbər siyasəti deyil, ən azı jurnalistikanın etik qaydalarının pozulmasıdır”.




Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap