Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Dövlət Neft Fondunun gəlirləri artırılıb – Fond detalları açıqladı

Tarix 06.10.17, 0:42

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verildiyi kimi, Prezident İlham Əlyevin 2017-ci il 4 oktyabr tarixli Fərmanı ilə Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsinə dəyişikliklər edilib.

Bununla əlaqədar ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, 2017-ci il büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Neft Fondunun 2017-ci il büdcəsində ölkə payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 7 550 705,3 min manatdan 9 826 212,0 min manata qədər artırılıb:

"Həmçinin akrhesabı ödənişlər 3 465,0 min manatdan 3 605,5 min manata, neftin və qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 16 830,0 min manatdan 17 688,5 min manata, valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 799 094,6 min manatdan 963 948,0 min manata, neft-qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonus gəlirləri 495,0 min manatdan 2 407,6 min manata qədər və fondun 2017-ci il üzrə büdcə gəlirlərinin ümumi həcmi 8 370 589,9 min manatdan 10 813 861,6 min manata qədər artırılıb.

Neft Fondunun 2017-ci il üçün büdcə xərclərinin ümumi həcmi 14 483 856,0 min manatdan 15 242 928,0 min manata qədər artırılıb.

Fərmana əsasən, bu il dövlət büdcəsində qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər də artırılıb. Əvvəllər 90 000,0 min manat olan xərclər 105 000,0 min manata qədər artırılıb. Həmçinin bu ilin büdcəsinə Türkiyədə “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi ilə bağlı 744 072,0 min manat məbləğində xərc maddəsi əlavə edilib".



Xəbərin oxunma sayı : 109




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap