|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Dövlət qəzeti KTN-i “göydən yerə çırpdı“ - Supermarketə çevrilən yarmarkalarda nə baş verir?
Tarix 26.06.22, 22:16 |
|
Hakimiyyətin rəsmi orqanı olan "Azərbaycan qəzeti"ndə Kənd Təsərrüatı Nazirliyinin fəaliyyəti tənqid olunub.
AzFakt.com xəbər verir ki, "Nə fermer var, nə də ki müştəri" başlıqlı yazıda yarmarkalardakı vəziyyət, məhsulların qiyməti barədə araşdırma aparılıb.
Həmin araşdırmanı təqdim edirik:
"Kənddən şəhərə" yarmarkalarının piştaxtaları, adətən, boş olur, satış qiymətləri isə bazardan fərqlənmir...
Piştaxtaların yarısı boşdur, nə məhsul var, nə satıcı...
Digərində isə piştaxtalara düzülən meyvə, tərəvəzləri əkib-becərən fermerlər gözə dəymir...
Suallara isə hərə bir cür cavab verir. Piştaxta arxasında dayanan bəzi "fermerlər" satdıqları müxtəlif çeşidli meyvə və tərəvəzin yalnız az çeşidinin öz məhsulu olduğunu söyləyir. Bəs qalanı hardandır, kimin məhsuludur?!
Paytaxtda həftəsonları təşkil edilən "Kənddən şəhərə" yarmarkalarında vəziyyət bu cürdür. İki həftə ərzində Bakının müxtəlif rayonlarında yarmarkalarda və bazarlarda apardığımız müşahidələrə əsaslanaraq deyə bilərik ki, yarmarkalar heç də bazarlardan fərqlənmirlər. Hətta bəzi hallarda bazardakı məhsulların çeşidi daha çox, qiymətlər isə yarmarkadakından daha aşağı olur. Elə bu səbəbdən də vətəndaş alış-veriş üçün məhz bazarlara üz tutur.
3 yarmarka, 45 regiondan 100 fermer?..
Artıq neçə illərdir ki, Azərbaycanda həftəsonu yarmarkalar təşkil edilir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən keçirilən "Kənddən şəhərə" layihəsi əvvəlki illərdə bir qədər fərqli idi. İnsanlar bu yarmarkalara üz tuturdu və ucuz qiymətə məhsul alırdı. İndi isə vəziyyət tam başqadır. Yarmarkalarda həm məhsul qıtlığı yaşanır, həm də bazarlarla müqayisədə qiymət fərqi var.
Xatırladaq ki, "Kənddən şəhərə" layihəsi 2018-ci ildən reallaşdırılır. Layihənin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarını inkişaf etdirmək, yerli qida və kənd təsərrüfatı məhsulları istehsalçılarını dəstəkləmək və paytaxt sakinlərinin təbii məhsullara olan tələbatını daha dolğun şəkildə ödəməkdir. Hazırda Bakı və Abşeronda layihə çərçivəsində 3 yarmarka həftəsonları fəaliyyət göstərir. Bunlardan əlavə, "Kənddən şəhərə"nin tematik yarmarkalarına da rast gəlmək mümkündür. Belə ki, bunlara Yeni il, Novruz, Qurban bayramı və bal yarmarkaları aiddir.
"Aqrar Tədarük və Təchizat" ASC-dən məlumat verildi ki, "Kənddən şəhərə" yarmarkalarına fermerlər yaşadıqları rayon üzrə DAİM-lərə, yaxud Regional İdarələrinə gələrək və ya təyin edilən nömrə ilə əlaqə saxlayaraq və onlayn qaydada yarmarkaya aid sosial media hesablarına yazaraq müraciət edə bilərlər. Sonradan fermerlərlə əlaqə saxlanılır və onlar yarmarkada iştiraka dəvət olunurlar. Fermerlərin yarmarkalarda satışa çıxardıqları məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunur.
Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edirlər. Onlar piştaxta, tərəzi, soyuducu, önlük və s. kimi lazımi ləvazimat və avadanlıqlarla təmin olunurlar. Eyni zamanda məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə də ödənişsiz şəkildə loqistik dəstək göstərilir. "Kənddən şəhərə" yarmarkaları fermerlər üçün alternativ satış kanalıdır. Bəzi fermerlər istehsal etdikləri məhsulların müəyyən qismi, bəziləri isə tam qismi ilə yarmarkalarda iştirak edirlər. Son təşkil olunan həftəsonu yarmarkasında 45 regiondan 100 fermer iştirak edib.
Bunlar "Aqrar Tədarük və Təchizat" ASC-nin məlumatı idi. Bəs reallıq nədir?
İstehsalçının məhsullarını başqa "fermerlər" satırlar. İlk üz tutduğumuz yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı) ünvanında yerləşən məkan oldu. İçəri daxil olduqda hər şey səliqəli görünürdü. Yay meyvələrinin ətrafı bəzəyən al-əlvan rəngləri böyük yarmarkanın müxtəlif bucaqlarından belə aydın sezilirdi.
Önlüklü fermerlər piştaxtaların qarşısında durub onlara yaxınlaşan hər kəsi gülərüzlə qarşılayır, nə almaq istədiklərini soruşur, satdıqları məhsullarla bağlı məlumat verirdilər. Cərgələrlə irəlilədikcə onların iş fəaliyyətlərinə daha yaxından bələd olurduq. Satıcı-fermerlərdən biri ilə söhbətə başlayırıq.
Deyir ki, uzun müddətdir ki, yarmarkanın daimi üzvlərindəndir. Məhsulları ilə bizi tanış edərkən satdıqlarından yalnız kartofun öz sahəsindən olduğunu söyləyir. Ona məxsus digər piştaxtalara yığdığı pomidor, xiyar, soğan, lobya isə qonşuluğundakı fermerlərdən aldıqları məhsullardır. Sonra bir neçəsinə yaxınlaşırıq və məlum olur ki, demək olar əksəriyyətində vəziyyət eyni bu cürdür.
Qaranlıq qalan suallarla, elə yarmarkadan çıxmağı düşünürdük ki, birdən cəmi 1 növ məhsul olan piştaxtalardan biri diqqətimizi çəkdi. Yaxınlaşıb məhsulun sahibi ilə həmsöhbət olmaq qərarına gəldik. Bakı kəndlərindən olan satıcının qarşısında müxtəlif növ göyərtilər vardı. Bu, yarmarka boyunca rastlaşdığımız ən maraqlı mənzərələrdən idi. O, burada yalnız öz əlinin əməyi ilə yetişdirdiyi məhsulları satışa çıxarmışdı.
Bir qədər söhbətləşdikdən sonra bəlli oldu ki, o, yarmarkanın bu formatlı fəaliyyətindən narazıdır: "Ümumilikdə satıcılar arasında çox az sayda əsl fermer var. Əksəriyyəti fermerlərdən məhsulları alıb satan, əkinlə heç bir əlaqəsi olmayan insanlardır. Buna görə qiymətlər də nəzərəçarpacaq dərəcədə yüksəkdir. Digər bir məqam isə alıcılıq qabiliyyətinin, yarmarkaya olan marağın çox aşağı səviyyədə olmasıdır".
Yarmarka sanki iki fərqli qütbə bölünmüşdü. Fermer olmayan həqiqi fermer olduğu üçün and içirdi, əsl fermer isə narazı siması ilə burada gününü keçirirdi... Xeyli keçən vaxtda gözə dəyən 3-5 alıcı da çeşid azlığından gileylənib yarmarkadan ayrılırdı.
Səhərin axşam bazarına bənzər yarmarkası
Paytaxtda fəaliyyətdə olan növbəti yarmarka isə Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ünvanında yerləşir. Evlərin arasında salınan yarmarkanın yerləşdiyi məkan şəhərin "Gənclik" adlanan ünvanından fərqli olaraq daha kənar ərazidədir. İçəri girəndə təəccübləndik. Həmin an axşam bazarını xatırladan mənzərə ilə qarşılaşdıq. Sanki fermerlər öz məhsullarını satıb evlərinə yollanmış, 4-5 piştaxtadakı qalan məhsullar isə son müştərilərini gözləyirdi. Ancaq birdən saatın 12 olduğunu xatırlayıb yarmarkanın acınacaqlı vəziyyətini anladıq.
Boydan-boya düzülən boş piştaxtalar, 3-5 növ məhsuldan ibarət yarmarka, saatlarla bircə alıcının yolunu gözləyən fermerlər yarmarkanın necə "fəaliyyət" göstərməsindən xəbər verirdi. Bir-iki fermerə yaxınlaşdıqda öyrəndik ki, ilk dəfədir "Kənddən şəhərə" layihəsinə qatılıblar. Ancaq belə vəziyyətlə qarşılaşacaqlarını heç ağıllarından belə keçirməyiblər.
Satıcı deyir ki, rayonda burdan daha çox məhsul sata bilir: "Uzun müddətdir ki, dost-tanışdan belə bir yarmarkanın olduğunu eşidirdim, ona görə mən də gəlmək istədim. Ancaq yəqin ki, bir daha gəlməyəcəyəm. Nəticədə buraya öz məhsullarımızı gətirənə qədər həm mənəvi, həm də maddi itkilərimiz olur, qazancımız isə heç birini ödəyəcək qədər deyil. Bu gedişatla gətirdiyim məhsulların yarısını belə sata bilməyəcəm, geri qayıdanda isə məhsullar istidən yararsız hala düşəcəklər".
Supermarketə çevrilən yarmarka
"Kənddən şəhərə" layihəsinin 3-cü həftəsonu yarmarkası Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanında yerləşir, bu məkana da yollandıq. Düzü, buradakı vəziyyət digər iki yarmarkanın heç birinə bənzəmirdi. İçəri daxil olanda bütün piştaxtaları dolu görüb sevindik. Ancaq alıcıya rast gəlinmirdi.
Onlardan birinə yaxınlaşar-yaxınlaşmaz xanım satıcı bildirdi ki, nəyi istəyirsinizsə, sellofanı götürüb özünüz seçib yığa bilərsiniz. Məhsulların istehsalçılarının harada olduqlarını soruşduqda isə xanım dedi ki, bütün piştaxtalardakı hər bir meyvə-tərəvəz əsl fermer məhsuludur, onlar həftəsonları məhsullarını gətirib buraya qoyurlar, satıldıqca isə gəlib pullarını götürürlər. Xanımın isə təsərrüfatla heç bir əlaqəsi yoxdur, yalnız burada işləyən satıcıdır.
Bu isə bizi düşünməyə vadar etdi. Axı yarmarkanın əsas hədəfi bu deyildi. Bura ona görə yaradılıb ki, fermer istehsal etdiyi məhsulu birbaşa özü alıcıya təqdim etsin və arada heç bir vasitəçi olmadan zəhmətinin dəyərinə layiq qazancını əldə etsin. Bu məkanda isə məsələ başqa cürdür. Yəni yarmarka supermarketə çevrilmişdi.
3 fərqli ünvanda fəaliyyət göstərən yarmarkaların heç birində elan edilən məqsədə uyğun mənzərəni görə bilmədik. Qeyd edilən 45 regiondan olan 100 fermerə də rast gəlmədik. Hər 3 yarmarkada ümumilikdə satış edənlərin sayı 50 nəfəri belə keçməzdi. Onların da fermer olub-olmaması sual altında idi. Qiymətlərə gəldikdə isə, demək olar ki, təqdim olunan məhsulların qiyməti şəhərdə kifayət qədər tanınan və seçilən bazarlarla eynilik təşkil edirdi.
Satışa keyfiyyətli məhsul çıxarmaq əsas şərtdir
Şəhərdə məskunlaşan insanlar təbii məhsulların əldə edilməsində həm qiymət, həm də keyfiyyət baxımından müəyyən çətinliklərlə üzləşirlər. Bu yöndə aparılan ən başlıca işlərdən biri də fermer istehsalı olan məhsulların bir əldən istehlakıdır. Bununla bağlı yarmarkaların təşkili ən optimal variant sayılır. Ancaq təəssüf ki, ölkəmizdəki yarmarkaların real durumu heç də qənaətbəxş deyil.
Yarmarkalardakı ümumi vəziyyəti şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, satışa çıxarılan istənilən məhsulun ilk növbədə keyfiyyəti önəmlidir:
"Öncəliklə keyfiyyətlə bağlı standartlar təyin edilməlidir. Bu, həm bazarlara, həm də yarmarkalara aiddir. Keyfiyyət əsl alıcılıq qabiliyyətini müəyyənləşdirir. Keçmişdə kifayət qədər avadanlığın, texnoloji inkişafın olmaması üzündən məhsulları sağlam yetişdirmək olduqca çətin idi. Ancaq indiki şərait imkan verir ki, sağlam, təbii, uzunömürlü, hər cəhətdən keyfiyyətli məhsullar becərilsin və toplanılıb satışa çıxarılsın. Ancaq nə üçünsə hələ də bazar və yarmarkalar torbalarımızı içi çürük məhsullarla doldurur".
Türkiyədə istehsal edilən məhsullardan danışan ekspert deyir ki, orada becərilən kartofun keyfiyyəti bizim yerli sortlardan qat-qat yaxşıdır. Həmçinin qiymətdə də olduqca fərq var. Maraqlısı odur ki, Türkiyənin paytaxtında keyfiyyətli kartofu Azərbaycandan 2-3 qat daha aşağı, təxminən 33 qəpik ödəməklə əldə etmək mümkündür.
Yarmarkaları icra hakimiyyəti orqanları təşkil etməlidirlər
Bir fermerin bir neçə adda məhsul satışa çıxarması da əsas şübhə doğuran məqamlardandır. Hər nə qədər özlərinin fermer olduğunu deyib və digər məhsulları qonşu fermerlərdən aldıqlarını bildirsələr də, buna inam qalmır.
Yarmarkaların hazırkı durumundan söz açan mütəxəssis diqqətə çatdırır ki, məkanlara əvvəlcə fermerlər gəlsələr də, daha sonra məhsullarının satışı ilə özləri məşğul olmurlar: "Bunu satışlardan da aydın şəkildə görə bilərik. Əgər kartof becərən fermer həftəsonu yarmarkaya gəlirsə, hər halda o yalnız bir adda məhsulun satışını həyata keçirəcək. Ancaq oradakı mənzərə tamamilə fərqlidir".
Vahid Məhərrəmov qeyd edir ki, Kənd Təsərrüfatı Nazirliyi mövsümi işlərlə məşğul olmamalıdır. Hazırda onlar iş görüntüsü yaratmaq üçün yarmarkarların təşkilini həyata keçirirlər. Ancaq dünyada yarmarkaları icra hakimiyyəti və bələdiyyə orqanları təşkil edir, bu məsələdən qaynaqlanan problemləri də onlar həll edirlər. Kənd Təsərrüfatı Nazirliyi kəndlinin problemlərinin həlli ilə məşğul olmalıdır. Yarmarkaların təşkili stimul xarakteri daşısa da, ancaq bir çox hallarda kəndli fermerlərin əsas problemləri kölgədə qalır və ya həll edilmir: "Məsələn, yaxın vaxtlardan söhbət açsaq, 10-15 gün sonra fermerlərin su problemləri baş qaldırmağa başlayacaq. Yaxşı olar ki, bu sahəyə lazımi diqqət yetirsinlər".
Fermer yarmarkada satış etməməlidir
Yarmarkalara fermerlərin cəlb edilməsi məsələsi isə kəndlilər üçün şərt deyil. Ekspert qeyd edir ki, əslində, fermerlər yarmarkaya gələrək satışı həyata keçirməyin marağında deyillər: "İnkişaf etmiş ölkələrdə fermer bazara və ya yarmarkaya çıxıb satış etmir. O, əkin sahəsində daha məhsuldar işləməlidir. Buna görə də fermerə əsas stimul verəcək məsələ onun əməyinin doğru dəyərlə qiymətləndirilməsidir. Yarmarkalara isə onların istehsal etdiklərini çıxaracaq müəyyən edilmiş nümayəndələr olmalıdır. Kəndlidən ədalətli qiymətə alınan məhsul yarmarkada istehlakçıya uyğun qiymətə satılmalıdır".
Məhsulların bahalığına gəldikdə isə deyə bilərik ki, ölkəmizdə satışa çıxarılan məhsullar bir çox hallarda olduqca yüksək qiymətə təqdim edilir. Vahid Məhərrəmov vurğulayır ki, hər şey maya dəyərinə görə hesablanır. Belə ki, fermerin istehsal etdiyi məhsulun keyfiyyətli saxlanılmaqla maya dəyəri aşağı, eyni zamanda məhsuldarlığı və rəqabətqabiliyyətliliyi yüksək olarsa, o halda həmin məhsul alıcıya yüksək qiymətə gəlib çatmaz. Bunun üçün ilkin olaraq texniki qaydalara əməl edərək məhsuldarlıq artırılmalı, gübrələrdən geniş istifadə edilməli, ölkəmizə xas, torpaq, iqlim şəraitinə uyğun yeni sortlar yetişdirilməlidir. Bütün bu məsələlər isə Kənd Təsərrüfatı Nazirliyinin öhdəlikləridir.
Son olaraq, mütəxəssis onu da diqqətə çatdırır ki, yarmarkalarda satılan məhsullar bir çox hallarda fermerlərdən ziyanına alınan mallardır: "Fermerlər istehsal etdikləri məhsulları qalıb çürüməsin deyə, bir növ onlardan qurtulmaq üçün dəyər-dəyməzinə möhtəkirlərə satmağa məcbur olur. Həmin məhsullar da yarmarkalarda satışa çıxarılır. Bu isə, stimul yaratmaq əvəzinə kəndlini gördüyü işdən küsdürür".
Yarmarkalarda real vəziyyət belədir və mövcud durum heç də Kənd Təsərrüfatı Nazirliyinin yarmarkalarla bağlı dedikləri ilə üst-üstə düşmür. Əgər nazirlik və onun nəzdindəki "Aqrar Tədarük və Təchizat" ASC yarmarkaların məhz fermerlərin satış məkanı olduğunu və əhali tərəfindən böyük maraqla qarşılandığını iddia edirsə, onda nə üçün yarmarkalarda kifayət qədər nə fermerə, nə də müştəriyə rast gəlinir. Həqiqi mənzərə yarmarkalardan fermerlərin də, alıcıların da uzaq düşdüyünü aydın şəkildə göstərir. Geriyə yarmarka işinin doğru planlaşdırılması üçün uyğun tədbirlər görmək, fermerin əməyini elə bağ-bostanında düzgün qiymətləndirmək qalır. Axı onların məhsulları ilə süfrələrimiz bəzənir, ağzımız dada gəlir. Kənardan iş görüntüsü yaratmaq gərəksiz "fəaliyyət"dən başqa bir şey deyildir…
Xəbərin oxunma sayı : 796
Gündəm
Xəbərlər
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
TOP 10
ARXİV