![]() |
|














Dövlət rəhbərliyinin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir- FOTOLAR
Tarix 21.09.20, 12:11 |
|
2403.jpg)
Dünyanın ən qədim mədəniyyət mərkəzlərindən olan Azərbaycan zaman-zaman zəngin intellektual dəyərləri, yüksək elmi potensialı ilə də bəşəriyyətə töhfələr vermişdir. Ta qədimdən indiyədək dünyanın siyasi təmərküzləşməsində öncül mövqedə dayanan ölkəmiz, eyni zamanda, insanlarının intellektual səviyyəsi, o cümlədən, elmə göstərdikləri maraqla fərqlənə bilmişdir.
Qeyd edək ki, ötən əsrin əvvəllərindən Azərbaycanda yaradılan elmi məbədlər sürətlə inkişaf edərək böyüdü. 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsinin əsasında Azərbaycan Elmlər Akademiyası yaradıldı.
Bəllidir ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra bir çox sahələrdə olduğu kimi Azərbaycan elmi də ciddi tənəzzülə uğramışdı. O zaman xalqın təkidli istəyi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan elmi məruz qaldığı böhranlı durumdan xilas oldu. Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk dövrlərdən Ulu Öndər Heydər Əliyev elmə, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının inkişafına böyük diqqət və qayğı ilə yanaşmışdır. Heç də təsadüfi deyil ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da ictimaiyyətlə ilk görüşüni məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında etdi. Məhz bundan sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxdı və Azərbaycan elminin yeni inkişaf mərhələsi - qızıl dövrü başlandı.
Azərbaycan dövlətinin elmin inkişafına olan diqqət və qayğısı Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən sonra da ardıcıl şəkildə davam etdi. Azərbaycan MEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisələrin, institutların müasirləşdirilməsi, elmi-texniki bazasının yenilənməsi, elm sahəsində çalışan şəxslərin həyat şəraitlərinin yaxşılaşdırlması, alimlərimizin, əsasən də gənc elmi işçilərin ardıcıl şəkildə beynəlxalq konfranslarda, seminarlarda iştiraklarının təmin edilməsi məqsədilə hər il dövlət büdcəsindən on milyonlarla vəsait ayrıldı. Prezident İlham Əliyevin uğurla yürütdüyü bu siyasət artan dinamika üzrə illərdir ki, davam etməkdədir.
2015-ci ildə Azərbaycan MEA-nın 70 illik yubileyində iştirak edən Prezident İlham Əliyev dövlətin hər zaman elmin inkişafına dəstək olacağını xüsusi olaraq vurğuladı. Azərbaycan elminin inkişafı naminə həyata keçirilən dövlət siyasətində alimlərin və elmi ictimaiyyətin təkliflərini daima nəzərə aldıqlarını qeyd edən dövlət başçısı qısa zaman ərzində görülən irimiqyaslı işlərdən söz açdı:
“Son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmlənib, gözəl bina əsaslı təmir edilib. Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilibdir. Yəni, bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir. Bu gün bu salonda alimlər qarşısında çıxış edərkən ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolu ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm. Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan və kütləvi informasiya vasitələrindən hər bir vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır. Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə, daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır. Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir. Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulubdur. Bu bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir”.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə son illər həyata keçirilən uğurlu dövlət siyasətinin əsas prioritetlərindən biri də ölkə vətəndaşlarının sosial vəziyyətlərinin, mənzil şəraitlərinin yaxşılaşdıırlmasıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yürütdüyü bu nəcib siyasət elm adamlarını da geniş şəkildə əhatə etməkdədir. Belə ki, bu məqsədlə Abşeron rayonunun Saray qəsəbəsində 7 hektarlıq ərazidə salınan “Science City” yaşayış kompleksində 2000-ə yaxın alim mənzil ilə təmin ediləcəkdir.
Dövlət başçısının və birinci vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı həyata keçirdikləri məqsədyönlü siyasət bu gün də davam etməkdə və uğurlu nəticələrini verməkdədir.
2019-cu ilin oktyabr ayında Azərbaycan MEA-nın rəhbərliyindəki dəyişiklik isə burada gedən inkişafı daha da sürətləndirdi.
Akademik Ramiz Mehdiyev AMEA-ya prezident seçildikdən sonra qurumda dünyanın öncül elm ocaqlarına uyğun struktur islahatları aparıldı. Elmi müəssisələrin mobilizasiyası, elektronlaşması istiqamətində mühüm yeniliklər həyata keçirildi. Bununla yanaşı, AMEA-da xüsusi önəm verilən məsələlərdən biri də arxiv materiallarının keyfiyyətli saxlanılması, kitab bazasının zənginləşdirilməsi, nəqliyyat-təsərrüfat və logistika sahəsinin müasirləşdirilməsi oldu.
Cari ilin sentyabr ayının 7-də Azərbaycan MEA Rəyasət Heyətinin binasında aparılan yenidənqurma və bərpa işləri ilə ətraflı şəkildə tanış olmağa gələn Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov yaradılmış şəraitdən məmnunluğunu ifadə etdi.

Akademik Ramiz Mehdiyev AMEA-da aparılan islahatların, bərpa və yenidənqurma işlərinin ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti, qayğısı və dəstəyi nəticəsində həyata keçirildiyini bildirərək ölkə rəhbərliyi tərəfindən akademiyanın maddi-texniki bazasının gücləndirilməsi, alimlərimizin iş şəraitinin, eləcə də sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atıldığını vurğuladı.
Azərbaycan MEA-da həyata keçirilən əhəmiyyətli işlərdən biri Rəyasət Heyətinin binasında həyata keçirilən yenidənqurma işləri oldu. Öncə onu qeyd edək ki, milli memarlığımızın incilərindən hesab edilən bu əzəmətli binada aparılan təmir və yenidənqurma işləri binanın konfiqurasiya və üslubunu qorumaqla aparlıb. Qədimliyin və müasirliyin harmoniyasının cəmləşdiyi binanın içərisində ulu öndər Heydər Əliyevin yeni büstü qoyulub.

Binanın üç min kvadrat metrlik zirzəmi hissəsi illərlə yığılıb qalan tullantılardan və qurunt sularından təmizlənərək divar boyu keyfiyyətli kitab rəfləri ilə təmin edilib. Eyni zamanda binanın qurunt sularından mühafizə olunması üçün müasir drenaj sistemləri işlənilib. Bütün bunlarla yanaşı, Rəyasət Heyətinin binasının akt zalı da müasir standartlara uyğun formada təmir edilib. Rəyasət Heyətinin binasının beş yüz nəfərlik akt zalı ilk dəfə olaraq sinxron tərcümə aparatı ilə təmin edilib.

Uzun illər baxımsız vəziyyətdə qalan Azərbaycan MEA-nın Nəqliyyat-Təsərrüfat şöbəsində müasir standartlara uyğun avtomobillərin texniki baxışını həyata keçirməyə imkan verən logistika, nəqliyyat, yağdəyişmə, yuma məntəqələri də yaradılmışdır.
Burada həmçinin inzibati bina və şəxsi heyətin istifadəsi üçün qida təhlükəsizliyi standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş yeməkxana da inşa edilmişdir.
Xatırladaq ki, yeni sitifadəyə verilən Nəqliyyat-Təsərrüfat şöbəsində drenaj, kanalizasiya sistemi yenidən qurulmuş, çoxsaylı anbarların inşasına nail olunmuşdur.
Eyni zamanda Nəqliyyat-Təsərrüfat şöbəsində Akademiyanın inventarında olan əşyaların bərpa və təmiri sexi və logistika mərkəzi də fəaliyyət göstərəcəkdir.
Nadir Əliyev
Azərbaycan MEA-nın Nəqliyyat-Təsərrüfat şöbəsi təmirdən əvvəl
HİT.az
Azərbaycan MEA-nın Nəqliyyat-Təsərrüfat şöbəsi təmirdən sonra



Xəbərin oxunma sayı : 1546
Sosial
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV