| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər… - Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova ağır ittihamlar
Tarix 17.05.26, 18:24 |
|
Bu gün ekologiya sahəsində hansı qalmaqalı açırsan, hansı regional idarəyə baxırsan, hansı şikayəti oxuyursan, ortada bir ad dayanır – Vüqar Kərimov...
Azərbaycanda illərdir eyni mənzərə təkrarlanır. Hansısa rayonun icra başçısı həbs olunur, hansısa komitə sədri vəzifədən çıxarılır, korrupsiya əməliyyatları keçirilir, dövlət başçısı məmurlara sərt xəbərdarlıq edir. Amma bütün bunlara baxmayaraq, bəzi sahələrdə eyni adlar illərlə toxunulmaz qalır.
Ekologiya sahəsində isə bu adların başında ən çox hallanan şəxslərdən biri Vüqar Kərimovdur. Yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “boz kardinal”ı.
Nazir müavininin adı artıq təkcə idarəçiliklə deyil, illərdir meşələrin talanı, şübhəli təyinatlar, qohumbazlıq, himayədarlıq və gizlədilən qalmaqallarla yanaşı çəkilir. Ən ağır tərəfi isə budur ki, bütün bu ittihamların fonunda nə ciddi araşdırma aparılır, nə də doğru-düzgün cəzalanma var.

Vüqar Kərimovun adı niyə hər qalmaqalda keçir?
Bu gün ekologiya sahəsində hansı qalmaqalı açırsan, hansı regional idarəyə baxırsan, hansı şikayəti oxuyursan, ortada bir ad dayanır – Vüqar Kərimov.
Masallıda meşələr yox olur – adı keçir.
Lənkəranda qanunsuz qırıntılarla bağlı ittihamlar yayılır – adı keçir.
Şəkidə məcburi köçkünlər təzyiqdən şikayət edir – adı keçir.
“Azəryaşlandşaft” ASC-də xaos hökm sürür – yenə adı keçir.
Bu qədər təsadüf ola bilərmi?
Yoxsa ekologiya sistemində illərlə qurulan görünməz şəbəkənin mərkəzində məhz Vüqar Kərimov dayanır?
İddialara görə, regional meşə təsərrüfatlarında əsas təyinatların böyük hissəsi məhz onun razılığı ilə həyata keçirilir. Meşəçilikdən anlayışı olmayan şəxslərin rəhbər postlara gətirilməsi, yaxın çevrələrin strateji vəzifələrə yerləşdirilməsi, cərimələrin gizlədilməsi, qırıntı aktlarının ört-basdır edilməsi ilə bağlı səslənən ittihamlar artıq sosial şəbəkə söhbəti yox, ciddi ictimai narahatlığa çevrilib.
“Azəryaşlandşaft” – dövlət qurumu, yoxsa dost çevrəsi?
“Azəryaşlandşaft” ASC ətrafında baş verənlər isə ayrıca skandaldır. Quruma rəhbərlik edən Cavid Abdullayev ilə bağlı yayılan narazılıqlar aylardır səngimir.
İddialara görə, dövlətin milyonlarla manat ayırdığı yaşıllaşdırma layihələri formal idarə olunur, ərazilərə nəzarət yoxdur, baxımsızlıq hökm sürür. Amma ən ciddi məsələ Cavid Abdullayevin bu posta hansı meyarla gətirilməsidir.

Nazirlik daxilində dolaşan iddialara görə, bu təyinat peşəkarlığa görə yox, şəxsi yaxınlığa görə həyata keçirilib. Həm də “boz kardinal”a. Yəni dövlət qurumu peşəkar kadr siyasəti ilə yox, “öz adamını yerləşdirmə” prinsipi ilə idarə olunur.
Əgər bu iddialar yalandırsa, onda niyə nəticə yoxdur?

Niyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi təşəbbüsü ilə qurulan zeytun bağlarında inəklər gəzir? Niyə dövlətin nümunə layihəsi kimi təqdim olunan ərazilər baxımsız vəziyyətə düşüb?
Niyə milyonlarla manatın nəticəsi ortada görünmür?
Cənub meşələri necə “əriyib” yoxa çıxdı?
Masallı, Cəlilabad və Yardımlı istiqamətində səslənən ittihamlar isə artıq ekoloji fəlakət səviyyəsindədir.
Göytəpə meşəbəyliyində sənədlərdə mövcud görünən 76 hektar meşə sahəsinin faktiki yoxa çıxması barədə iddialar sadəcə səhlənkarlıq deyil. Bu, dövlət sərvətinin məhv edilməsi iddiasıdır.

76 hektar meşə yox olur və heç kim cavab vermir.
Bu qədər böyük ərazi havaya sovrula bilməz. Deməli, ya kimsə susur, ya da kimsə qorunur.
İddialara görə, illərlə bölgədəki qanunsuzluqlar barədə yazılan aktlar gizlədilib, bəzi əməkdaşlar həqiqəti yazdıqları üçün cəzalandırılıb, qanunsuz qırıntılarla bağlı sənədlər ört-basdır edilib.
Ən ağır ittihamlardan biri də budur ki, Vüqar Kərimov qanunsuzluqları sənədləşdirən şəxslərə irad bildirib və “niyə hər şeyi olduğu kimi yazmısan?” deyə narazılıq edir.
Əgər bu, doğrudursa, bu artıq vəzifə məsuliyyətsizliyi yox, dövlətə qarşı sabotajdır.
Nazir müavini ətrafında “toxunulmazlıq” görüntüsü
Ekologiya sistemində artıq açıq danışılan başqa bir məsələ də var: “Boz kardinal” Vüqar Kərimovun ətrafında formalaşmış “toxunulmazlıq” görüntüsü.
İddialara görə, onun yaxın çevrəsinə aid şəxslər müxtəlif regional idarələrdə vəzifələrə yerləşdirilib. Təhsili olmayan adamların yüksək postlara gətirilməsi, vaxtilə qanunsuzluqlara görə işdən uzaqlaşdırılmış şəxslərin yenidən sistemə qaytarılması barədə səslənən məlumatlar cəmiyyətdə ciddi narazılıq yaradır.
Ən təhlükəlisi isə budur ki, meşələrə cavabdeh şəxslərin adları artıq “meşə mafiyası” ifadəsi ilə yanaşı hallanır.
Bu ölkədə ağac əkən insan qəhrəman sayılmalıdır.

Amma indi vəziyyət o yerə çatıb ki, ağacı qorumağa cavabdeh şəxslərin özləri ağacların məhvi ilə bağlı ittiham olunur.
Vüqar Kərimov susduqca suallar böyüyür
Bu gün cəmiyyətin cavab gözlədiyi çox sadə suallar var:
76 hektar meşə haradadır?
Niyə qanunsuz qırıntılarla bağlı iddialar araşdırılmır?
Niyə dövlət meşə fondu torpaqları örüşə və əkin sahəsinə çevrilir?
Niyə illərdir eyni şəxslərin adı qalmaqallarda keçir?
Niyə təhsilsiz və səriştəsiz adamlar mühüm vəzifələrə gətirilir?
Və ən əsası:
Niyə bütün bu iddiaların mərkəzində həmişə Vüqar Kərimovun adı dayanır?

Əgər bu qədər ittiham əsassızdırsa, o zaman nazir müavini açıq danışmalı, ictimaiyyət qarşısına çıxmalı, fakt-fakt cavab verməlidir.
Susqunluq artıq müdafiə deyil.
Susqunluq şübhələri daha da böyüdür.
Bu gün Azərbaycanın ekologiyasını ən böyük təhlükə təkcə iqlim dəyişikliyi deyil.Ən böyük təhlükə kreslosunu dövlətin özündən üstün görən məmur təfəkkürüdür.Elə ulu öndər Heydər Əliyev də o məşhur çıxışı zamanı məhz bu məmur təfəkkürünü nəzərdə tuturdu. “Ağac kəsənlər mənim qollarımı kəsir” deyəndə…
Xəbərin oxunma sayı : 1498
Gündəm
Xəbərlər
-
Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI
-
“AZR Business“in borcu iki dəfə artdı - 2 milyona çatdı
-
1, 3 və 5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - Rəsmi açıqlama
-
Baş nazir Vyetnamın Baş prokuroru ilə görüşdü - FOTO
-
Aqrar Kredit və İnkişaf Agentliyinə əlavə səlahiyyət verildi - Fərman
-
XİN başçıları İstanbul bəyannaməsi imzaladılar - Tam mətn
-
Novxanıda narkobunker aşkarlandı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hava kəskin dəyişir - Leysan olacaq, dolu düşəcək
-
Sabunçu rayonunda 40 yaşlı kişi öldürüldü - Dostu tutuldu
-
Yaxın gələcəkdə Türkiyə ilə əlaqələr normallaşacaq - Mirzoyan
-
NATO Rusiyanın yönləndirdiyi PUA-nı vurdu - Bu ölkənin səmasında
-
Dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri: “Bordo berelilər” ilk dördlükdə
-
Elektron siqaret qadağası: bazarda nə dəyişib?
-
Nazirin özünə təyin etdiyi müşavir Eldar Əzizovun oğlu imiş - DOSYE/FOTO
-
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - İstanbulda
-
Avtobuslar üçün yeni mübadilə mərkəzi yaradılır - FOTOLAR
-
Yeməkdən tikinti materiallarına: RİH-in 290 min manatlıq sifariş verdiyi müəmmalı şirkət
-
Bu yay rayonlarda bağ evi kirayələmək neçəyə başa gəlir? - Qiymətlər
-
Məktəblərdə TikTok-a giriş bloklanıb - Nazir müavini
-
Ali Məhkəmədən sahibkarlara xəbərdarlıq - Beynəlxalq yükdaşımalarda üstün sənəd hansıdır?
-
Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir - HESABAT
-
Ələsgər Məmmədli, Ruslan İzzətli, Akif Qurbanov... - Prokuror onlara ağır cəza tələb edir
-
Saxta sağlamlıq arayışı verən “General Hospital“ cəzalandırıldı - Rəsmi açıqlama
-
Bu qanunu pozanlar cərimələnəcək - 6 mindən 50 min manatadək
-
Azərbaycan sərhədini pozmağa cəhd etdi – Saxlanıldı
-
Həbsdə olan biznesmenin müsadirə olunan əmlakları - SİYAHI
-
Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır - Paşinyan
-
Avtobusun son dayanacağının yerinin dəyişdirilməsi narazılığa səbəb olub - VİDEO
-
Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq - Tramp
-
Kredit götürmək istəyərkən dələduzluqla üzləşdi - TƏFƏRRÜAT/VİDEO
-
Süd bazarında yeni reallıq: Həm idxal, həm də xərc artıb
-
Pakistanda antiterror əməliyyatı: 27 silahlı şəxs məhv edildi
-
Beyləqanda örüş sahələrinin zəbt olunduğu iddia edilir - VİDEO
-
I və IV qruplar üzrə qəbul imtahanları - Cavablar açıqlandı
-
Söküntü zamanı kompensasiyanın verilməsi mexanizminə yenidən baxılmalıdır - VİDEO
-
Azərbaycanda turistlər hansı problemlərlə üzləşirlər? - VİDEO
-
“İnsanları işlədirlər, pulunu vermirlər“ - Kitab sektorunda qalmaqallı İDDİALAR
-
Taksidə cərimə balı limiti artırılacaq? - VİDEO
-
Vurulan gəmilərdə yaralanan vətəndaşlarımızın vəziyyəti açıqlandı - Rəsmi
-
Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
-
Almaniyada Mertsə etimad çökür: Narazılıq rekord həddə çatdı
-
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət
-
İmtahana “ağıllı” saatla gələn nəzarətçi xaric edildi - DİM
-
“Apple”şirkətindən şok qərar: Milyonlarla iPhone...
-
Bir soyad, iki milli komanda - Qardaşlıq meydanda sınağa çəkiləcək
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Alman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır
-
Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək - Sabahın havası
-
Milyonlarla kənd sakininə şad xəbər: Evlərə kütləvi “kupça“ verilə bilər
-
Xarici biznes sürətlə Kubanı tərk edir - The Wall Street Journal
-
Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..."
-
Aziz Yıldırım yenidən “Fənərbağça“ prezidenti seçildi - Səkkiz illik fasilədən sonra
-
Nikol Paşinyan səs verdi - Bu dəfə ailəsi ilə deyil
-
“VİP Kredit”, “Avto Kredit”, “Avto Zirvə“ - Qanunsuz lizinq, yüksək faiz (VİDEO)
-
Bakı-Tbilisi qatarı ilə Türkiyəyə getmək mümkündür? - Yeni marşrutlar
-
Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
-
“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar
-
Ermənistanda parlament seçkiləri - Səsvermə başlayıb
-
Azərbaycanda "Son zəng" neçəyə başa gəlir? - Araşdırma
-
Saray məktəbində şagirdə qarşı zorakılıq iddiası: Uşağın xəsarət aldığı gizlədilib?
-
Taksidə cərimə balı limiti artırılacaq? - VİDEO
-
Hindistana qarşı yeni geosiyasi cəbhə? - Çin-Pakistan ittifaqı
-
Kommunal xərcləri vaxtında ödəsə də lift kartı bloklandı - VİDEO
-
Bakıda maşınlar binanın üstündə drift etdi - Polis saxladı
-
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
-
Azərbaycanda kirayə mənzillər bahalaşacaq - SƏBƏB
-
Süd niyə bahalaşır? - Rəqəmlər diqqət çəkdi
-
Bir gecədə hər şey məhv oldu: Xaçmaz sakini fəryad edir - VİDEO
-
ABŞ-dan Avropaya sərt xəbərdarlıq: Təhlükəli hücum başlayıb
-
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
-
“Mənzil sökülüb, bizə kompensasiya verilməyib“ - VİDEO
-
“4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Xırdalanda yollar bərbad vəziyyətdədir: Sakinlərdən narazılıq
-
Məcnun Məmmədov İstanbulda yüksək səviyyəli toplantıda çıxış etdi - Fotolar
-
Vurulan gəmidə xəsarət alan vətəndaşlarımızın vəziyyəti necədir? - Rəsmiİ MƏLUMAT
-
“Real” Kvaratsxeliya üçün 150 milyon avro ödəyə bilər - Danışıqlar başladı
-
Məşhur ukraynalı müğənni Bakıda kimin toyunda iştirak edib? - VİDEO
-
Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Hər ikisi saxlanıldı
-
ABŞ-la İran arasında Körfəzdə qarşılıqlı atışmalar davam edir - BBC
-
Ömər aşırımında iki hərbçi dərəyə düşdü - Biri həlak oldu
-
İlon Mask 80% super dahi, 20% problemlidir - Donald Tramp
-
Azərbaycana turist axını niyə qırılır? - Statistikada ciddi eniş
-
CNN nə üçün Azərbaycanla bağlı qərəzli, yalan məlumat yaydı? - Detallar
-
Sankt-Peterburqa dron hücumu - Evdə qalmaq tövsiyə edildi
-
Yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək - Sabahın havası
-
Azərbaycanda bank rəhbərləri nə qədər qazanır? - İllik 20 milyonu keçir...
-
Sadıq Sadıqov canına hansı blogerə görə qıyıb? - ŞOK DETALLAR
-
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir - “Politico”
-
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır
-
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
-
“Nə binanı təhvil verirlər, nə də pulumuzu qaytarırlar“ - VİDEO
-
Bakıda bu ərazilər söküləcək - Nə qədər kompensasiya veriləcək?
-
Azərbaycanda “od tutan” təhsil haqları - ÇAĞIRIŞ
-
Elektron siqaret qadağası: bazarda nə dəyişib?
-
Meyvə-tərəvəz niyə ucuzlaşmır? - VİDEO
-
Azərbaycan nefti ucuzlaşdı - “Qara qızıl“ 100 dollara satılır
-
Türkiyənin balıqçı gəmisinə hücum edilib - Ölən və yaralananlar var
-
Sosial şəbəkələrdə təhlükəsizlik: Qaydaları pozanları 50 min manatadək cərimə gözləyir
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Asfaltın ortasından çıxan dəmirlər avtomilə ziyan vurub - VİDEO
-
Təhlükəli bakteriya aşkarlanan saç spreyi Azərbaycanda da satılır? - AÇIQLAMA
-
Putin Zelenskinin açıq məktubu haqqında danışdı - “Düzünü desəm...“
-
Əvəz Qocayev işdən çıxarıldı - Prezident Sərəncam verib + DOSYE
-
Kuryerlər ``Wolt-Azərbaycan`` şirkətindən şikayətçidirlər - VİDEO
-
Bu yoldakı keçidin eskalatorları işləmir -VİDEO
-
İrana xəbərdarlıq etdi - “Livan sizin ölkəniz deyil”
-
“Bu iddialar dezinformasiya xarakteri daşıyır” - MEDİA
-
Sosial şəbəkələrdə qeydiyyat - Yeni tələblər müəyyənləşir
-
Bu şəxslər pensiyaya çıxarkən birdəfəlik ödəniş alacaq - Maaşlarının 6 misli həcmində
-
Putin Züleyxanın qızını daha qoruya bilmir - oliqarxlar onun “kəlləsini” istəyirlər
-
Müctəba Xameneidən ilk amnistiya: İranda iki min məhbus əfv edildi
-
Zamin duranlar üçün risklər: “Borcludan geri tələb edə bilər”
-
Baş prokuror Şəmkirdə vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr - Ali Məhkəməyə üz tutdu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nazir Zəngilanda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
-
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
TOP 10
ARXİV






