Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dağıdanlar da müsəlmanlardır, dağılanlar da!!!

Tarix 01.11.16, 5:17

Font ölçüsü : - / +
bitmap-img6


Dilavər Əzimli

Bütün müsəlman dünyasını vəhşət bürüyüb, böyük bir hissəsi od içindədir, qan içində çalxalanır!!! Müsəlman müsəlmanı qırır. Biri şiədir, o biri sünni, o biri sələfi, digəri vəhabi, başqa birisi də işidçi, nurçu və sairə....Görün nə gündəyik. Budur, müsəlman dünyasının sifəti!!! Hamısı da "Allahu Əkbər” deyir!!! Hər biri də özünü haqlı sayır. 

Cəhalət bürüyüb müsəlman dünyasını... Avropanın orta əsrlər dövrünü yaşayır müsəlman dünyası... O zaman Avropada belə vəziyyət var idi: katolik, protestant, provaslav və sairə... Qırırdılar bir-birlərini.... Varfolemey gecələri və sairə.... Avropa indi özünün cənnət günlərini yaşayır....

 İnsan haqları ən yüksək səviyyədə qorunur. İnsana yüksək varlıq kimi baxılır....İnsanlar hamısı ora getmək istəyir.... Həmçinin ABŞ-a... Çünki yaxşı həyat vardır. Əslində, oralarda təmin olunan həyat səmavi kitablarda təsvir olunan həyatdır. Sosial həyat....İnsanların yaşayışını və təminatını ödəyən sosial həyat. Oralarda insanlara bacarığına görə üstünlük verirlər. Oralarda Obama adına universitetlər yoxdur. Oralarda Tetçer adına, Çerçill adına fondlar da yoxdur. Heç Vaşinqton adına da fondlar yoxdur. Oralarda iş yerlərində, təhsil ocaqlarında kimlərinsə də şəkilləri də yoxdur. İnsan orada özünü insan hesab edir. Bəs müsəlman dünyası???? Bu dünyada sanki orta əsrlərdir.... Təfəkkür tərzi inkişaf edə bilmir. Traybolizm üstünlük təşkil edir. Biz yalnız bir şeylə fəxr edirik: Bizim imperiylarımız olubdur. Bəz Avropanın olmayıbdır? Hara getdi Bizans imperiyası? Min il ömür sürdü. Bəs Roma imperiyası??? Bəs Makedoniya??? Bəs Habsburqlar? İspanlar? Napoleon Fransası? Demək, bununla fəxr etmək düzgün deyildir. Gəlin biz deyək ki, vaxtilə bizdə ən ali demokratiya olubdur. Qədim Türklər dünyaya demokratiya təcrübəsini keçiblər. Onların yaratdıqları dövlətlərdə qoyunla canavar yanaşı yaşayıbdır. İnsanlar bolluq içərisində ömür sürüblər. Bunuları musal gətirək. Axı tarix həm də nəticədir. 

O zaman Avropada isə qanunlar işləmirdi. Düşünən beyinləri tonqalda yandırırdılar. İndi isə tərsinədir. Sivilizasıyanın mərkəzi, demokratiyanın mərkəzi Avropadır. Avropada qanuna hörmət bir namus məsələsidir. Bu gün hamımız Avropa demokratiyasını arzulayırıq. Amma bir zaman bizim özümüzdə olub bu demokratiya.... İndi bizdən uzaqdır. İndi Şərqdə qanlar tökülür: şiə sünini, sünni şiəni, vəhabi, sələfi, işid şiəni və s....qırırlar bir-birlərini... 



Bunların bir-birlərinə iradlarına bir baxın: sənin namazın düz deyildir. Sən sünnisən, sən şiəsən, sən vəhabisən, sələfisən, işidçisən, nurçusan... Amma hamısı da müsəlmandır!!! Bəs niyə belədir? Çünki açarları öz əllərində deyildir. Açarları dünyanın iri güclərinin əlindədir. Onlar da bunları yönləndirirlər. Ərəb dünyasında baş verənlər buna canlı misaldır. O boyda məkan dağılır. Dağıdanlar da müsəlmanlardır, dağılanlar da!!! Gör nə gündəyik!!! 

Xristian müsəlman savaşında müsəlmanlar alətə çevrilibdir!!! Xaç yürüşlərinin başqa forması davam edir. Bütün bunların günahı nüsəlman dünyasına rəhbərlik edən müftilər, mollalar və ayətollahlardadır! Görən onlar oralarda hər gün qırılan müsəlmalnlar görə əzab çəkirlərmi? İnanıram ki, çəkmirlər!!! Çünki onların da bir əli dünyanın iri güclərinin cibindədir. Yazıq müsəlman dünyası!!! Sadə müsəlman imanlı müsəlmandır. Ortada ölən də odur. Bu gün ortada bircə Türkiyə qalıbdır!!! O da bu dünyanı bir araya gətirmək istəyir. Sünnini də, şiəni də bir araya gətirib bütün müsəlman dünyasını bütünləşdirmək istəyir. Alınmır, çünki təfəkkür tərzi aşağıdır. Aşağı olmasaydı, müsəlman dünyasında da Avropada olan həyat qurulardı, demokratiya qurulardı....

Müsəlman dünyasında yazığım gələn təbəqə bunları düşünən insanlardır. Onlar azlıq təşkil edirlər. Ən çox əziyyət çəkənlər də onlardır!!!! Çünki başqa cür yaşaya bilmirlər!!! Onlar müsəlman dünyasının birliyini istəyirlər. Onlar müsəlman dünyasının çiçəklənməsini istəyirlər. Çünki üz tutduğumuz Allah da bunu buyurur. Oxuduğumuz Quran da bunu deyir.


P.S. Bütün müsəlman dünyasında "Azan” verilir. Hamı namaza qaçır. Görəsən o namazın mənasını dərindən anlayırlarmı? Hesab edirəm ki, anlamırlar. Anlasaydılar müsəlman dünyası bu günə düşməzdi...



Xəbərin oxunma sayı : 238




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap