Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Daşınmaz əmlakın dövlət reyestri niyə qapalıdır ?

Tarix 23.01.22, 11:43

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədəki korrupsiyanın, məmur özbaşınalığının, insan haqlarının tapdalanmasının əsas səbəblərindən biri də daşınmaz əmlakın dövlət reyestrinin qapalı olmasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsi “Dövlət reyestrinin açıqlığı” adlansa da, həmin maddənin məzmunundan belə çıxır ki, məlumat yalnız hüquq sahibinin özünə verilir.

Əksər ölkələrdə bu reyestr hamıya açıqdır. Bütün məlumatlar müvafiq portalda yerləşdirilir, daxil ol və əldə et. Bu, şəffaflığın əsas göstəricilərindən biridir. Ölkəsinə sahib olan xalq ilk növbədə onun ərazisinin – torpaq sahələrinin, binaların kimə məxsus olduğunu görə bilməlidir. Bunun konkret müsbət tərəfləri arasında aşağıdakıları qeyd edək:

1) Açıq dövlət reyestri korrupsiyanın qarşısını alır. Məmurlar əmlakı yaxınlarının adına əldə etsə belə, bunu araşdırmaq mümkün olur.

2) Açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır. Daşınmaz əmlakın özəlləşdirilməsi, müvafiq razılıqların verilməsi və s. şəffaflaşır. Məsələn, hansısa razılığı bir vətəndaşa verib, digərinə verməmək (rüşvət istəmək) mümkünsüz olur.

3) Açıq dövlət reyestri insan haqlarının həyata keçirilməsini asanlaşdırır. Məsələn, qonşu mənzilinizi suya basıb. Kimi məhkəməyə verəcəksiz? Bunu müəyyən etməyə xeyli vaxt gedir. Reyestr açıq olduğu halda isə portal vasitəsilə dərhal əldə edə bilərsiz.

Digər misal: binanızın yanında tikinti normalarına zidd nəsə tikilməyə başlayıb. Tikən kimdir? İcazəsi varmı? İndi bunu bilmək mümkün deyil. Açıq reyestrdən isə dərhal öyrənə biləcəksiz. Bu cür misallar çoxdur.

Bir sözlə, şəffaf, effektiv iqtisadiyyat qurmaq istəyiriksə, ilk növbədə daşınmaz əmlakın reyestrini açıq etməliyik. İnsan hüquqları sırasında ən vacibi mülkiyyət hüququdur. Mülkiyyət hüququnun obyektləri sırasında isə ən vacibi daşınmaz əmlakdır, çünki torpaq, miqdarı məhdud olan nemətdir. Buna görə də onun üzərində ictimai nəzarət yoxdursa, digər şeylər haqda danışmaq belə əbəsdir. Ölkəmizə sahib olaq! (Əkrəm Həsənov, vəkil)



Xəbərin oxunma sayı : 403




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap