Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Daşqın Şikarovun adı XİN-nin saytından çıxarıldı - FOTO

Tarix 18.04.19, 11:30

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun adı ətrafında müəmma davam edir.

Bir müddət əvvəl "haqqin.az" saytı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun geri çağırıldığı barədə informasiya yaymışdı.

Modern.az saytı yayılan məlumatı Xarici İşlər Nazirliyindən (XİN) dəqiqləşdirməyə çalışsa da, bu barədə rəsmi informasiya verilməyib.

Bununla belə əməkdaşımıza məlum olub ki, XİN-in saytındakı "Azərbaycan Respublikasının xaricdəki nümayəndəlikləri” bölməsindən Birləşmiş Ərəb Əmirlikləri üzrə fövqəladə və səlahiyyətli səfirin adı çıxarılıb. Yəni əvvəllər həmin qrafada Daşqın Şikarovun adı yazılmışdı.

Bu isə dolayısı ilə D.Şikarovun Birləşmiş Ərəb Əmirliklərindəki səfir postundan geri çağırıldığını təsdiqləyir.

Əməkdaşımız bu xəbəri yazmazdan öncə Daşqın Şikarovla da əlaqə yaratmışdı. Keçmiş səfir qısa olaraq bunları demişdi:

"Təəssüf ki, bəzi mətbuat səhifələrində haqqımda xoş olmayan məlumatlar yayıldı. Hətta erməni saytları da bu məlumatı böyük canfəşanlıqla yaydı. Hər zaman vətənimə, dövlətimə, cənab Prezidentimizə sadiq qalmışam. Yayılan şər-böhtanla  bağlı sosial şəbəkədə müqəddəs Qurandan ayə paylaşmaqla kifayətləndim. Başqa heç bir şərh vermək istəmirəm”.

Qeyd edək ki, Daşqın Şikarov daha əvvəllər Azərbaycanın Pakistanda və Əfqanıstandakı diplomatik missiyalarına başçılıq edib. O, Azərbaycanın BƏƏ-də səfiri vəzifəsinə 2016-cı ilin yanvarında təyin edilmişdi.









Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap