Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Daha 3 direktor öz vəzifələrində qaldı - AMEA-da formal və alternativsiz seçkilər keçirilir

Tarix 17.09.19, 12:26

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) Ümumi yığıncağı keçirilib.

Akademiyadan verilən məlumata görə, öncə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli İEB-in gündəliyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti Ümumi yığıncaqda bölməyə daxil olan akademik Ziya Bünyadov adına Şərqşü­naslıq İnstitutu, Fəlsəfə İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifələrini tutmaq üçün seçkilərin keçiriləcəyini vurğulayıb. Namizədlərin öz fərqli və qabaqcıl elmi araşdırmaları ilə seçildiyini deyən akademik İsa Həbibbəyli elmi tədqiqat müəssisələrinin direktorluğuna seçkilərin institutların elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində olduğunu nəzərə çatdırıb, nəticələrin İctimai Elmlər Bölməsinə daxil olduğunu xatırladıb.

Ümumi yığıncaqda akademik Yaqub Mahmudov hesablayıcı komissiyanın sədri seçilib.

Səsvermə nəticəsində akademik Gövhər Baxşəliyeva akademik Ziya Bünyadov adına Şərqşü­naslıq İnstitutu, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Fəlsəfə İnstitutu və akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru seçiliblər.

Səsvermədə bölmə üzrə 24 nəfər həqiqi və müxbir üzvdən 17-si iştirak edib, 11 müxbir üzv yekdilliklə lehinə səs verib.

Xatırladaq ki, bir neçə gündür AMEA-nın ayrı-ayrı bölmələrində belə oxşar seçki keçirilir. Maraqlıdır ki, bütün seçkilərdə ancaq hazırkı direktorlar öz vəzifələrində qalıblar. Yəni alternativsiz keçirilən seçkilərdə rəhbərliyin istədiyi şəxslər öz postlarında saxlanılıb.



Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap