Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Daha 4 “inqilab keşikçisi”nin meyiti ölkəyə gətirilib

Tarix 29.03.17, 15:47

Font ölçüsü : - / +
bitmap-img6


İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 4 üzvü Suriyada gedən döyüşlərdə həlak olub. Ölənlərdən 3-ü Əfqanıstan, 1-i isə İran vətəndaşıdır.

Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilən “Sepah”ın muzdlu əfqanlardan ibarət “Fatimiyyun” briqadasının 3 üzvü (Məhəmmədhüseyn Heydəri, Ruhullah Hüseyni və Hüseyn Rəhmani) bir neçə həftə əvvəl Suriyanın Şeyx Səid məntəqəsində əsir düşsələr də, sonradan onların meyitləri tapılıb.

Həmçinin Suriyaya göndərilən “Sepah”ın bir iranlı muzdlusu (Hüseyn Moiz Qulami) martın 24-də bu ölkənin Hemah əyalətində müxaliflər tərəfindən öldürülüb. Hər dörd “Sepah”çının cənazələri martın 28-də İranın Kirman şəhərinin hava limanına gətirilib. Həmin gün, cənazələr İranın Bərdsir, Rəfsəncan və Tehran şəhərlərinə aparılıb və həmin şəhərlərdə torpağa tapşırılıb.

İran, Bəşər Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir. /GünAzTV



Xəbərin oxunma sayı : 79




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap