Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Daha bir şəhid ailəsini məhkəməyə verdilər

Tarix 26.06.17, 0:53

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan bankları şəhidlərə, əlillərə və müharibə iştirakçılarına hörmət etməyi dayandırıb. Şəxsən mən bununla daim rastlaşıram. “Para" BOKT ASC-nin Aprel şəhidi Xaliq Əzizzadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı məsələ təzəcə həll olumuşdu ki, başqa bir maliyyə qurumu digər bir şəhid ailəsini məhkəməyə verib. Bank of Baku-nun Simuzər Ağakişiyevaya qarşı iddiası üzrə məhkəmənin iclası artıq bazar ertəsi, iyunun 26-da keçiriləcək. Halbuki o dörd uşaq anası və dul şəhid qadınıdır". Bunu virtualaz.org-a hərbi ekspert, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Əbuzər Əbilov deyib

Xatırladaq ki, daha əvvəl Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra qeyri-bank kredit təşkilatı “Para" ASC-nin şəhidə qarşı iddiası geri çağırılmışdı.

"Və budur, indi Bank of Baku Qarabağ müharibəsinin iştirakçısını məhkəməyə verib. Simuzər Ağakişiyeva 1992-ci ildə cəbhəyə getmişdi, indi bank onunla- dörd uşaq anası, şəhid arvadı ilə məhkəmə çəkişməsi aparır və artıq ödənmiş kredit üzrə onu yeni ödəməyə məcbur etməyə çalışır", - Ə.Əbilov bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin özəl və dövlət strukturlarına veteranlara, əlillərə, həmçinin Qarabağ müharibəsində öz yaxınlarlarını itirmiş ailələrin üzvlərinə kömək göstərmələri ilə bağlı konkret tapşırığı var. "Belə təəssürat yaranır ki, banklar hakimiyyəti tanımır və prezidentin tapşırığına məhəl qoymurlar", - ekspert vurğulayıb.

Polkovnik-leytenant deyib ki, o özü də maliyyə müəssisələrinə aid olan problemlərlə rastlaşır: "Mən kiçik kredit üzrə ödəniş edirəm: pensiyanı alır və ödəmələrimi edirəm. Bəzən pensiyanın alınmasında kiçik, məsələn iki günlük, ləngimələr olur. Bank dərhal cərimələr əlavə edir. Bundan başqa, kollektorlar zəng vurur, pul tələb edirlər. Halbuki kreditin ödənməsi şərtlərini necəsə yüngülləşdirməyə söz vermişdilər, amma... "otkat" müqabilində. Yəni onlarda hər şey pula söykənir".

"Biz, Qarabağ müharibəsi veteranları sosial şəbəkələrdə aktivik, bizim öz qruplarımız var. Biz hamınız istənilən vaxt ölkənin çağırışı və ürəyimizin səsi ilə cəbhəyə yola düşməyə hazır olan vətənpərvərlərik. Və biz haqsızlığa, eləcə də Azərbaycan banklarının prezident İlham Əliyevin tapşırıqlarına ən azı məhəl qoymamalarına qarşıyıq. Biz dövlət başçısına, birinci vitse-prezidentə, Milli Məclisin deputatlarına müraciət hazırlayır və orada dövlət başçısının tapşırıqlarına açıq etinasızlıq bəsnəlidiyi barədə faktları göstərmək istəyirik", - Ə.Əbilov sonda qeyd edib.



Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap