“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Daha bir icra hakimiyyəti “1 manatlıq“ şirkətə milyonluq tenderlər verir

Tarix 23.09.20, 20:07

Font ölçüsü : - / +
bitmap-img6


Astara Rayon İcra Hakimiyyəti Astara rayonu ərazisində yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.

AzFakt.com MediaPost-a istinadən xəbər verir ki, tenderin qalibi "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti olub. Qalib şirkətə 118 min 200,6 manat ödənilib.

Həmçinin İcra Hakimiyyəti sentyabrın əvvəlində də eyni tender predmeti - yolların əsaslı təmiri üzrə "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkətini tenderin qalibi elan edib, şirkətə 542 min 353,23 manat ödəniş edib.
2019-cu ilin sonlarında isə Astara Rayon İcra Hakimiyyətinin 36 mənzilli yaşayış binasının tikintisi və Astara rayonunda yolların əsaslı təmiri üzrə elan etdiyi tenderlərinin qalibi eyni şirkət olub və tenderlər üzrə "Elnur-2" şirkətinə 2 mln. 292 min 189,6 manat ödəniş edib.

Qeyd edək ki, "Elnur-2" Universal İstehsalat Kommersiya şirkətinin nizamnamə kapitalı 1,6 manatdır. Şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.

Xatırladaq ki, sözügedən şirkət Lerik Rayon İcra Hakimiyyətinin də müxtəlif tenderlərinin qalibi olub. 



Xəbərin oxunma sayı : 679




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap