Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Daha bir körpü İsmayıllıda uçdu –2000 min sakin kənddə çarəsız qalıb + VİDEO

Tarix 22.06.18, 2:40

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllıda uçan körpü Qalacıq kəndini şəhərdən təcrid edib.

ARB TV xəbər verir ki, rayonun Qalacıq kəndində yağan yağışlar nəticəsində avtomobil körpüsünün uçması kəndin rayonla əlaqəsini kəsib.

Qaraməryəm-İsmayıllı yolunun 46-cı kilometrliyindən ayrılan Sumahallı-Qalacıq kəndinin giriş avtomobil yolunun 7-ci kilometrliyində Qalacıq çayı üzərində olan körpü uçub.

1970-ci illərdə fiziki şəxslər tərəfindən tikilən körpünün özəl dayaqları son günlərdə yağan güclü yağışlar və sel səbəbindən yuyulub. Nəticədə körpü qəzalı vəziyyətə düşüb.

Etibar Əliyev, Bakı sakini: “Bakı şəhərindən bura istirahətə gəlmişdim. Burada sel olduğuna görə körpü dağılıb. İndi evə qayıda bilmirik, maşın qalıb bu tərəfində”.

Bəxtiyar Rəhimov, Kənd sakini: “2000-ə yaxın əhali yaşayır burda. Təxminən də o qədər qonaq gəlir. Gələnlərin də, bizim də gediş-gəlişimiz burada problemə çevrilir. İsmayıllıya piyada keçirik. Nə gətiririksə, əlimizdə keçiririk”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilən tapşırığa əsasən, əraziyə ağır texnikalar və canlı qüvə cəlb olunub.

Gediş-gəlişi təmin etmək üçün alternativ yol açılıb. Hadisə yerinə baxış keçirən mütəxəssislərin rəyindən sonra körpünün yenidən qurulması və ya bərpası ehtimal edilir.







Xəbərin oxunma sayı : 757




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap