Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Daha bir müəssisənin fəaliyyəti məhdudlaşdırıldı – Səbəb + FOTO

Tarix 28.01.20, 13:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Alaçadırlı kəndində fəaliyyət göstərən fiziki şəxs Sadıqov Vüqar Ənvər oğluna məxsus qənd sexində reyd keçirib.

AQTA-dan verilən məlumata görə, reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin kobud şəkildə pozulduğu aşkarlanıb.

Bildirilib ki, müəssisədə xammal və hazır məhsulların düzgün şəkildə saxlanılmadığı, müvafiq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub:

“Eləcə də istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlərin mövcud olmadığı müəyyən olunub.

Yoxlama zamanı sexdə istehsal edilən qənddən nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun (AQTİ) müvafiq laboratoriyalarına göndərilib.

Aşkar olunmuş faktlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ən sərt tədbirlər həyata keçirəcək”.



Xəbərin oxunma sayı : 634




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap