Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Daha güclü Azərbaycan üçün Böyük Qayıdış

Tarix 04.03.21, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Qələbədən sonra doğma torpaqlarımıza Böyük Qayıdış başlayıb. 

Ölkə rəhbəri bütün gücləri doğma torpaqları yenidən inşasına səfərbər edib. Cənab Prezidnetin mətbuat nümayəndəlirinin qarşısındakı çıxışda dediyi kimi “rəqimiz yalnız zamandı”. Bölgənin zəngin təbbi və hidroloji resurusları var. Həmçinin bölgənin logistik önəmidə yüksəkdi. Artıq ilkin işlər başlayıb. Təbii ki, işlərin bu cür sürətlə davam etməsi insanları sevindirir. Dövlətinin qüdrətinə inamını möhkəmləndirir. Çoxşaxəli və
müxtəlif təyinatlı logistik layihələr icra olacaq. Aeroportların tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk ödənişlər də edilib.Qarabağın böyük kənd təsərrüfatı potensialı var. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Qarabağ alternativ enerji mənbəyinə çevriləcək. Hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Bütün bunlar bölgəyə yeni investisiya axınını sürətləndirəcək. Bu da özlüyündə həm insanlara
həmdə dövlətə fayda verəcək. Öz doğma torpaqlarına qayıdan insanlar öz yurdlarında layiqli həyat tərzi sürəcək. Bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Şəhərlərin və kəndlərin inkişafının baş
planlarının tərtib edilməsi prosesi artıq başlanıb. Vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır.

Pilot layihələrin icrası da başlanıb. Bir layihə - “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar
yaradılmalıdır. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Dünyanın bir çox iqtisadi təhlilçiləri və bu sahə üzrə ekspertlər görülən işləri və dövlətin təsdiqlədiyi
planı birmənalı şəkildə müsbət qiymətləndirirlər. Onlar əmindilər ki, görülməsi nəzərədə tutulan bütün işlər ümumi sosial rifaha xidmət gösətərəcək və regionun tranzit mərkəzinə çeviriləcək. Bütün bu işlərə görə cənab Prezidentə çox minnətdarıq. Aparıdğı siyasət düzgün və düşünülmüşdür. Tarix göstərdi ki, cənab Prezident həmişə insan faktorunu əsas götürür. Siyasətinin mərkəzində Azərbaycan Respublikasının vətəndaşı dayanıb.

Kənan Səmədov,
Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktor müavini



Xəbərin oxunma sayı : 334




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap