Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Daha iki bankın filialı bağlandı – Palatanın qərarı ilə...

Tarix 14.03.17, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 13 mart 2017-ci il tarixli qərarına əsasən, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin "İnşaatçılar" filialı və "Muğanbank" ASC-nin "Biləsuvar" filialına verilmiş icazələr ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasından Strateq.az-a verilən məlumata görə, Palatanın Direktorlar Şurasının iclasında "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 2a ünvanında yerləşən "İnşaatçılar" filialının bağlanması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. 

Belə ki, sözügedən filialın bağlanmasına əsas səbəb "Yapı Kredi Bank Azərbaycan" tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

İclasda, həmçinin "Muğanbank" ASC-nin "Biləsuvar" filialının icazəsinin ləğv edilməsinə dair müraciətinə baxılıb. Sözügedən filialın bağlanmasına səbəb olaraq filialın fəaliyyətinin rentabelli olmaması, pərakəndə biznes məhsullarının satışına yönəlmiş müştəri axınının azalması və həmin ərazilərdə cəlb ediləcək korporativ müştərilərin fəaliyyətinin azlıq təşkil etməsi olub.

Direktorlar Şurası "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq "Yapı Kredi Bank Azərbaycan" QSC-nin "İnşaatçılar" filialına Mərkəzi Bank tərəfindən verilmiş 19.02.2015-ci il tarixli №243/17 saylı icazəni və "Muğanbank" ASC-nin "Biləsuvar" filialına 30.05.2012-ci il tarixli №29/28 icazəni ləğv edib.



Xəbərin oxunma sayı : 118




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap