Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Damla 500 manata görə Manaf Ağayevi aldatdı - “Sənin kim olduğunu deyəcəm...“

Tarix 08.08.17, 3:00

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Damla yenidən toyla bağlı qalmaqalla yadda qalıb.

AzFakt.com metbuat.az-a istinadən xəbər verir ki, müğənni dünən "Neolit" restoranında baş tutan toy üçün beh alsa da, toya gəlməyib.

Müğənnilər Şəbnəm Əsədova və Manaf Ağayevin iştirak etdiyi toyda Damla bir saat çıxış üçün 1500 manat tələb edərək, 500-nü beh kimi öncədən alıb. Toya gəlmədiyi üçün qəzəblənən ev yiyəsi Damlaya görə beh verdiyi müğənni Manaf Ağayevlə mübahisə edib və bu azmış kimi toy qonorarını ödəməyib.

Toya görə 8000 manat almalı olan M.Ağayev və dəstəsi evə bir qəpiksiz qayıdıblar.

Məsələ ilə bağlı Damla ilə əlaqə saxlamağa çalışdıq. Köməkçisi bildirdi ki, belə bir problem olmayıb, M.Ağayevlə aralarında yüngül anlaşılmazlıq yaranıbmış, onu da qaradan qaldırıblar.

M.Ağayev isə sözügedən sayta olanları təsdiqlədi:

"Deyilənlərin hamısı düzdür. Kim Damlaya yüksək beh verirsə, adam ora qaçır. Bizim getdiyimiz toya 500 manat beh verilmişdi. Kimsə Şəmkirdən 1000 manat beh verib deyə, həmin toya gedib. İnsan düşünmür ki, adamı pis vəziyyətdə qoyur. Mən kimə söz verirəmsə, sözümün üstündə dururam. Ancaq Damla məni pis vəziyyətdə qoyub. Özünə də dedim gətirib behi qaytarmasan, cəmiyyətə sənin kim olduğunu açıqlayacam. Əslində, başqa toya getmək istəyən adam əvvəlcədən deməlidir. Bu heç həmin gün də olsa, zəng etməyib ki, gəlməyəcək. Sadəcə həmin gün Massallıdakı aldatdığı toy evinin yiyəsi mənə zəng elədi ki, Damla başıma bu hadisəni gətirib. Mən də zəng elədim Damlaya, o da dedi ki, qətiyyən ola bilməz, mütləq beh aldığı toya gələcək. Ancaq gəlmədi. Zəng elədim ki, Damla, bəs beh almısan, məni pis vəziyyətdə qoyub gəlmədin. Yaxşı da bir bəhanəsi var, aldatdığı toy sahiblərinə həmişə deyir ki, həmin toya getməsəydi, onu öldürəcəkdilər".



Xəbərin oxunma sayı : 250




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap