Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

De Byazidən böyük hesablı məğlubiyyətə şərh: “İkinci qoldan sonra komanda inamını itirdi”

Tarix 25.03.23, 2:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Avstriyaya qarşı səfər matçını şərh edib.

AzFakt.com xəbər verir ki, italyan mütəxəssis 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil edilən mətbuat konfransında bunları deyib: “27-ci dəqiqəyə kimi bərabər oyun gedirdi. İlk qola qədər elə böyük problemimiz olmurdu. Öz oyunumuzu göstərməyə çalışır, top saxlayırdıq. Hesab açıldıqdan sonra sakitliyimizi itirdik. Son dəqiqələrə qədər bizim üçün çətin oldu və əziyyət çəkdik”.

Təcrübəli mütəxəssis buraxılan qollar zamanı yol verilən səhvlər barədə danışıb: “Hesab açılana qədər bərabər oyunu saxlamağa çalışırdıq. Ardınca səhvdən top buraxdıq. İkinci qoldan sonra komanda inamını bir az itirdi”. De Byazi millidə debüt edən Yusif İmanov və Azər Əliyevin oyununu dəyərləndirib:
“Gələcəkdə bizim üçün lazımlı ola bilərlər. Azər Əliyev təcrübəli oyunçudur. Elvin Cəfərquliyevin sarı vərəqəsi olduğu üçün onu əvəzlədik. Bəxtiyar və Anton arasında şübhəm var idi. Uzqq səfərdən gəldiyinə görə Antonun hazır olmadığını düşündük və Bəxtiyara şans verdik”.



Xəbərin oxunma sayı : 403




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap