Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dəhşətli qətlin təfərrüatı: eşq yaşadığı qadının qızı ilə evlənmək istədi, amma…

Tarix 29.04.18, 3:15

Font ölçüsü : - / +
bitmap-img6


Sevdiyi qızın anasını baltalayaraq öldürən şəxs aldığı cəzadan narazı qalıb. Qətlin baş verməsinin ilginc səbəbləri var.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Samir Sabir oğlu Hacıəliyev aldığı cəzadan narazı qalıb. O, barəsində çıxarılan hökmdən apellyasiya şikayəti verib.

Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baxılıb. Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edlməməsini, cəzanın qüvvədə saxlanılmasını istəyib. Samir isə ona daha yüngül cəza verilməsini xahiş edib.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərara alıb ki, Cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilən 1989-cu il təvəllüdlü S.Hacıəliyev barəsində çıxarılan hökm qüvvədə saxlanılmalıdır.

Hadisənin təfərrüatı…

Rəsmi ittihamda yazılır ki, S.Hacəliyev 2014-cü ildə tanış olduğu Xaçmaz rayonu, Yalama kənd sakini Şəfanə Feyzullayeva ilə ailə qurmaq istəyib. Amma Şəfanənin anası Gülnaz Sultanova onların münasibətinə müdaxilə edərək ailə qurmalarına maneəçilik törədib.

Bu zaman Şəfanə Feyzullayeva ilə münasibəti pozulub. Gülnaz Sultanova Samirin qızı ilə yox onunla ailə qurmasının istəyib.

İttihamda yazılır ki, S.Hacıəliyev mərhumun müxtəlif vasitələrə əl atmasından, mütəmadi olaraq anası Simnarə Hacəliyevaya və bacısı Maya Hacəliyevaya zəng etməsindən bezib. Məlumata görə, mərhum Samir Hacəliyevanın ailə üzvlərinə zəng edərək onu sevdiyini, onunla ailə qurmaq istəyini bildirib. Bir çox hallarda isə öz qısqanclıq iradlarını ona kobud şəkildə bildirərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.

26 mart 2017-ci il tarixdə Samir qardaşının evində Gülnaz Sultanova ilə görüşüb spirtli içki qəbul ediblər. Bu zaman Samir Gülnazdan ondan əl çəkməsini, qızı ilə ailə qurmaq istədiyini deyib. Amma Gülnaz Samirin bu tələbini rədd edib.

Bu görüşdən bir gün sonra Samir evdə olarkən Gülnaz Sultanova Samirə bir neçə dəfə zəng edib. Əvvəl telefonu söndürsə də sonra Gülnaz Sultanovanın zənginə cavab verib. Bu zaman G.Sultanova Samirdən qəzəblə nəyə görə telefon zənglərinə cavab vermədiyini soruşub qısqanclıq iradlarını yenə də kobud şəkildə bildirməklə həm onun, həm də anası Simnarə Hacəliyeva ünvanına nalayiq ifadələr işlədib. Elə bundan sonra Samir Gülnazı öldürmək qərarına gəlib.

Samir bu niyyətlə Gülnaz Sultanovanı anası Simnarə Hacəliyeva ilə görüşdürəcəyi bəhanəsi ilə yaşadığı evə dəvət edib. Gülnaz Sultanova Samirgilin evinə gələrkən alkoqol sərxoşluğu halında olub.

Gülnaz Sultanovanı qapıda qarşılayan Samir həyətdə odun doğramaq üçün istifadə etdiyi baltanı götürərərk arxadan Gülnaz Sulatanovaya yaxınlaşıb və onun baş nahiyyəsinə 5 zərbə endirib.

Samir Gülnaz Sultanovanın öldürdüyünü güman edərək Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinə gedərək təslim olub. 
Gülnaz Sultanova Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Sevgi cinayəti…

Törədilən cinayət hadisəs ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq aparılarkən S.Hacıəliyev bildirmişdi ki, hadisə baş verən günü evdə olub və Gülnaz onun anasına zəng edib: "Məni pis söyüşlərlə söyüb. Görüşəndə mübahisə elədik, vurdum".

Təqsirləndirilən şəxs qətlə yetirdiyi şəxsin qızı ilə sevgi münasibətləri yarandığını deyib: "Mən onlara gedib-gəlməyə başladım. Qızın nənəsi məni çox istəyirdi. Qızın anası aramızı vurdu və sonradan bildim ki, Gülnaz məni sevib, ona dedim ki, məndən əl çək, ayıbdır. Gülnaz məndən əl çəkmirdi, maşın tutaraq arxamca gəzirdi. Dostlarımın yanında məni sevdiyini deyirdi. Deyirdi ki, məni sevməsən qızımı öldürəcəm. Gülnazla yeyib-içdik. Sonra məndən əl çəkməsini istədim. Dedi ki, ya mənim olmalısan, ya da səni öldürəcəm. Ona dedim ki, nəyəm ki, sənin olum? Sonra Gülnaz evlərinə getdi. Onunla görüşməkdə məqəsədim məndən əl çəkməyini istəmək idi. Gülnazla mənim münasibətimi heç kim görməyib. Bu hadisədən bir neçə gün əvvəldə Gülnazla cinsi əlaqədə olmuşam. Onunla iki dəfə cinsi əlaqədə olmuşam".

Məhkəmə prosesində qətlə yerilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, Bakıda işləyən zaman S.Hacıəliyevin ona zəng etdiyini bildirib: "Mənimlə tanış olmaq istədiyini söylədi. Dedim elçi göndər. Rayona gələndə də onunla danışdım. Lakin bizə elçi göndərmədi. Bu barədə anama danışdım. Sonra münasibəti kəsmək istədim. Samir əl çəkmədi, mənə və anama zəng edirdi. Anamla mübahisə edəndən sonra Samirgilə getdim. Orada qaldım. Səhər anam gəldi və mənim evə qaytmağımı istədi. Qayıtmadım, üç gün onlarda qaldım. Həmin vaxtlar mənimlə kobud davranırdı. Anama zəng edəndə telefonu yerə çırpdı. Samir içkili idi. Sonra anamla danışıb, məni aparmasını istədim. Anam gəldi. Lakin Samirin anası getməyimi istəmədi. Anamla evimizə getdim. Samir sonra məni evlərinə aparmaq istədi, razı olmadım. O, çıxıb getdi. Ona bizdə alınmadığını söylədim. Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununa bağlı maraqlandım. Mənə dedilər ki, "onların münasibətləri var, guya sən bilmirsən?" Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibəti yoxdur. Amma ona inanmadım".



Xəbərin oxunma sayı : 2020




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap