Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Demokratik düşərgənin namizədi platformasını açıqladı

Tarix 23.01.20, 14:57

Font ölçüsü : - / +
bitmap-img6


47 SAYLI MİNGƏÇEVİR SEÇKİ DAİRƏSİNDƏN DEPUTATLIĞA NAMİZƏD QURBANƏLİ YUSİBOVUN SEÇKİ PLATFORMASI

BİR HƏRƏKƏT EDƏK!

Hədəfim:

1) Ali təhsilin ödənişsiz olması ilə bağlı gördüyüm işləri davam etdirmək və tələbələrin üzərinə qoyulan bu "vergi”nin aradan götürülməsi üçün qanun layihəsi yazmaq. Məktəbəqədər təhsildən tutmuş, doktorantuya qədər təhsilin bütün mərhələlərində olan hazırki problemlərin həlli yolları ilə bağlı ciddi işlər görmək. Müəllimlərin haqq etdikləri əməkhaqqına və hörmətə sahib olmaları uğrunda mübarizə aparmaq. 

2) Mingəçevir şəhərində fəaliyyət göstərən Yüksək Texnologiyalar parkının tam gücü ilə işləməsinə nail olmaq və respublikamızda texnologiyanın inkişafı üçün alternativ müəssisələrin açılmasına çalışmaq. Şəhərimizin yenidən sənaye şəhəri adını alması üçün ciddi işlər görmək. Xaricdə yaşayan mingəçevirlilərin, o cümlədən yerli- xarici iş adamlarının buraya diqqətini yönəltmək. İşsizliyin aradan qaldırılması üçün Mingəçevirdə kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaq. Şəhərimizdə biznes mühiti yaratmaq, gəncləri sağlamlığa, texnoloji və mədəni inkişafa doğru yönəltmək, regionda sosial sahibkarlığın tərəqqisi üçün hökümətə təkliflər təqdim etmək.

3) Ümumrespublika və beynəlxalq səviyyədə sosial və mədəni layihələrin şəhərimizdə keçirilməsinə nail olmaq. Mingəçevir şəhəri və ətraf ərazilərinin turizm potensialından tam istifadə edilməsi üçün çalışmaq. 

4)  "Uşaqpulu”nun verilməsi üçün Milli Məclisdə məsələ qaldırmaq. Pensiya yaşının aşağı salınması və təqaüdlərin artırılması üçün işlər görmək. Səhiyyə sistemimizin və icbari tibbi sığortanın təkminləşdirilməsi üçün çalışmaq. Sosial müavinətləri ilə bağlı problemlər yaşayan müharibə veteranları, şəhid ailələri və kasıb insanlarımızın haqq səsi olmaq. 
 
Bütün sahələrdə gördüyünüz ədalətsizliklərlə bağlı BİR HƏRƏKƏT EDƏK!



Xəbərin oxunma sayı : 493




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap