Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Demokratlar silahlara nəzarət qanununu tələb edir – Senata çağırış edilib

Tarix 02.09.19, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Konqresinin demokrat liderləri silahlara nəzarət qanunvericiliyi ilə bağlı dərhal tədbirlər görməyə çağırır.

Bu tələblər ölkədə daha bir kütləvi güllələnmə nəticəsində azı yeddi nəfərin öldürülməsindən sonra səslənir. Silahlı hücum ötən şənbə günü Qərbi Texasda törədilib.

Demokratlar Senatda çoxluğun lideri Mitch McConnell-i və konqresin respublikaçı rəhbərliyini silahlara nəzarət qanunvericiliyini müzakirəyə çıxarmağa çağırır. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senatda azlığın lideri Çak Şumer də bu çağırışlara qoşulub.

CNN yada salır ki, demokratlar oxşar çağırışları avqustun əvvəlində də səsləndirirdi. O zaman Texas və Ohayo ştatlarında 24 saatdan da az müddət ərzində 31 nəfər öldürülmüşdü.

“Hər gün silah zorakılığı epidemiyası ölkəmizin hər guşəsində can alır… Respublikaçı Senat dirənişinə son qoymalı, hər iki partiyanın hazırladığı, Palatadan keçmiş, ölkənin tələb etdiyi silah zorakılığının önlənməsi qanununu qəbul etməlidir”, – Pelosi deyib.

Cümə günü “Team Pelosi” Twitter hesabında Mak Konenellin adı çəkilib, “Silah zorakılığına qarşı dərhal tədbir görülməlidir, ancaq Mitç Mak Konenell xalqa köməkdən imtina edir”, yazılıb.

Nümayəndələr Palatası sözügedən qanunvericiliyi ilin əvvəlində 240-190 səs çoxluğuyla qəbul edib. Ancaq layihə respublikaçıların nəzarətində olan senatda ilişib.

Konqres uzun müddətdir silahlara nəzarət qanununun qəbuluna çalışır.

Demokratlardan prezidentliyə namizədliyə iddialı Senator Elizabet Varren tvitində Mak Konenellə müraciətlə yazıb ki, “Vaxt çatıb”.

“Gəlin silah təhlükəsizliyi qanununa İNDİ səs verək. Siz hər gün gözlədikcə, daha çox faciə baş verir. Nə isə edin, Senator Mak Konenell. Amerika sizi gözləməkdən bezib”, – senator tvitində yazıb. (azadliq.org)




Xəbərin oxunma sayı : 505




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap