Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Demokratlar Trampdan əl çəkmirlər - Prezidentlət bağlı 85 məsələ araşdırılacaq

Tarix 13.11.18, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-da son Konqres seçkilərində Demokrat partiyasının Nümayəndələr palatasında təmsil olunmağa haqq qazanan üzvləri prezident Donald Trampla bağlı apardıqları araşdırma çərçivəsində 85 məsələyə cavab tapmaq niyyətində olduqlarını bildiriblər.

Musavat.com xarici mətbuata isitnadən xəbər verir ki, onlar bununla Trampın ABŞ prezidenti kimi fəaliyyətinə hüquqi qiymət verilməsinə çalışacaqlar.

Nümayəndələr palatasının qalib demokratları ilə söhbət aparan “Axios” portalı bununla bağlı xüsusi yazı dərc edib.

Demokratlar ilk öncə Trampın hansı səbəbdən öz vergi bəyannaməsini dərc etməməsi ilə maraqlanacaqlar. Bundan başqa, onun iştirakı ilə bağlı baş verən müxtəlif qalmaqallar, immiqrasiya siyasəti, Rusiya lideri Putinlə münasibətləri, ədliyyə naziri Ceff Seşnsi istefaya göndərmək qərarı, prezidentin ailə üzvlərinin onu siyasi qərarları qəbul etməsində iştirakı, habelə onun mətbuat nümayəndələrinə yönəlik təhqiramiz və ikrah dolu davranışları təhlil ediləcək.

Araşdırma gedişində konqresmenlər komitələrin iclasına şahid kimi dəvət edəcəkləri hər kəsi dindirəcəklər.

Daha bir araşdırma Trampın keçmiş pornoaktrisalara intim xidmətləri müqabilində pul ödəməsi ilə bağlı olacaq.

Keçən həftənin cümə günü “The Wall Street Journal” Trampın pornoulduzu Stefani Klifford və “Playboy” jurnalının keçmiş fotomodeli Karen Makduqala intim əlaqələri ört-basdır etmələri üçün pul ödənildiyini bildiyini yazıb. Müstəntiqlərin Trampın bu qadınların pulla ələ alınmasında şəxsən iştirak etdiyi barədə məlumatlara malik olduğu söylənilir.

Trampın bu cür ödəmələri ilə bağlı məsələnin Nümayəndələr palatasının Nəzarət və hökumət islahatları komitəsində araşdırılacağı xəbər edilir.

Demokratlar indidən gələcək təhqiqatla əlaqədar sübut və dəlillərin toplanılmasına başlayıblar. Yeri gəlmişkən, bəhs edilən komitə hələ sentyabrdan “Trump Organization” şirkətindən müvafiq maliyyə sənədlərinin verilməsini tələb edib.

Nümayəndələr palatasında Kəşfiyyat komitəsinin sədri olması gözlənilən Adam Şiff “Axios” a verdiyi müsahibədə bütün bu məsələləri qanunverici orqanın öz işinə başladığı andan baxılmasının qeyri-mümkün olduğunu söyləyib. Onun sözlərinə görə, hər bir komitə öz maraqları çərçivəsində prioritetlərini müəyyən edəcək.

Bundan başqa, Adam Şiff Rusiyanın ABŞ-dakı siyasi müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerə hər cür yardım göstərəcəklərini qeyd edib.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap